2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Reina” qatilinin müstəntiqlərə sualı — Oğlum haradadır?

“Reina” qatili Abdulqadir Maşaripova aid yeni faktlar üzə çıxır. Terrorçunun dindirilməsi davam edir. Abdulqadir müstəntiqlərdən tez-tez 4 yaş yarımlıq oğlunu soruşur.

Polis 3 İŞİD terrorçusu və Maşaripovun oğlunu tapmaq üçün əməliyyat keçirir. Terrorçunu silahla təmin edən və Bakırköydə qaçarkən avtomobildə olan 1 nəfəri və 4 yaş yarımlıq uşağı əsir götürən İŞİD terrorçularının həbsi üçün əməliyyatlar davam edir.

Terrorçu bu barədə ifadə verib: “Silivridə olanda yanıma bir nəfər gəldi. “Hər yerdə səni axtarırlar”-dedi. Uşağı götürəcəyik və sən qaçanda yanına gətirəcək dedilər və oğlumu əlimdən aldılar”.

Saytların yığılması Saytlarin yigilmasi

Qatil Türkiyədə özünü “Özbəkistan İslam hərəkatı hocası” kimi tanıdıb. İŞİD isə ona “Əbu Muhəmməd Əl Xorasani” ləqəbini verib.

Qruplaşma tərəfindən saxta uyğur şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Maşaripov Şərqi Türkistan siyasətindən faydalanmaq istəyib. İŞİD propoqandası ilə məşğul olan qatil təşkilatdan kənarda olan bütün müsəlmanları mürtəd adlandırıb. İŞİD-i rədd edən uyğur türklərinin Zeytinburnunda fəaliyyət göstərən restoranlarının bombalanmasını tələb edib. Xəbərə görə, Maşaripovun iki özbək, bir qırğız və bir uyğur olmaqla 4 arvadı var.

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button