2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

RT-yə görə Almaniya mediasının Rusiyada fəaliyyəti qadağan edildi

Rusiya Xarici İşlər Nazirliyi mediakorporasiyaya qarşı bu hərəkətləri “ilk mərhələ” adlandırıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya hökuməti Almaniyanın Deutsche Welle (Alman dalğası) media korporasiaysının Rusiya ərazisində yayınını qadağan edib.

Bundan başqa media qurumunun müxbirlərinin akkreditasiyası ləğv olunub və Moskvadakı müxbir postu bağlanıb.

Rusiya hökuməti bu addımları Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT (Russia Today) telekanalının almanca yayınlarının Almaniya ərazisində qadağan olunmasına cavab olaraq atıb.

Rusiya Xarici İşlər Nazirliyi mediakorporasiyaya qarşı bu hərəkətləri “ilk mərhələ” adlandırıb.

Məlumatda bu da deyilir ki, Moskva bu media qurumunu xarici agent hesab edir.

Bu da əlavə edilir ki, Moskva Rusiyaya girişinə qadağan qoyulacaq Almaniya məmur və ictimai qurum işçilərinin siyahısını dərc edəcək.

Aşırı addım

Almaniyanın media tənzimləyicisi RT-nin Almaniyadakı yayınlarını fevralın 1-dən qadağan edib.

Qurum bilidirir ki, Rusiya telekanalının bu yayınlar üçün lisenziyası olmayıb.

Almaniya qanunları ölkə ərazisində başqa ölkələrin dövlət mediasının yayınlarını qadağan edir.

Deutsche Welle korporasiyasının baş direktoru Peter Limburq Rusiya hakimiyyət orqanlarının qərarını həddini aşan akt adlandırıb.

Onun sözlərinə görə Rusiya jurnalistlərinin Almaniyada işləmək üçün bundan sonra da imkanı var.

Limburq deyib ki, hər hansı media orqanı ilə yalnız avtokratiyalarda belə rəftar edirlər:

“Biz bu cəfəng reaksiyaya etiraz edirik və bizə qarşı görülən tədbirlərlə bağlı məhkəməyə müraciət edəcəyik”.

RT-nin Fransada problemləri çıxıb

Bu arada Fransadan alınan xəbərlərdən məlum olur ki, RT-nin başı orda da ağrımağa başlayıb.

Fransanın media tənzimləyicisi Arcom Rusiyanın Fransadakı yayınlarında informasiyanın verilməsinin araşdırılmasına başlayıb.

Bu barədə RT-nin özü Fransanın Challenges jurnalına istinadən xəbər verir.

Fransız jurnalı bildirir ki, RT-nin bir sıra böhranların, o cümlədən “sarı jiletlər” hərəkatının kütləvi etirazlarının və ya Suriya və Mərkəzi Afrika Respublikasındakı vəiyyətin işıqlandırılmasına aid materialları təhqiqatın predmetidir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button