2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rus mətbuatı: Ermənistanda yeni radiolokasiya stansiyası yerləşdirilə bilər

Rusiyalı hərbi ekspert Yevnegy Damantsev «Voyennoye obozrenie» jurnalında dərc edilmiş məqaləsində yazıb ki, Rusiyanın ən yeni «Nebo-M» radiolokasiya komplekslərindən birinin Ermənistanda yerləşdirilməsi mümkündür.

Ekspertin sözlərinə görə, «Nebo-M» radiolokasiya kompleksinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdirilməsi tamamilə məntiqidir.

«Burada o, Azərbaycanın İsraildən aldığı «Green Pine» stansiyasına layiqli cavab olacaq. O, həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstan üzərindəki hava məkanına …nəzarət edə biləcək», – deyə Damantsev yazır.

Saytların yığılması Saytlarin yigilmasi

20-DƏK BALLİSTİK RAKETƏ NƏZARƏT EDƏ BİLİR

Rusiyalı ekspertin sözlərinə görə, «Nebo-M» Ermənistanda yerləşdiriləcəyi halda, onun gücü NATO və İsrailin taktiki aviasiyasının Yaxın Şərqdəki istənilən icazəsiz hərəkətlərini qeydə almağa imkan verəcək.

 

«Nebo-M» Rusiya radiolokasiya stansiyalarının ən müasiridir. Stansiya 1800 kilometrlik məsafəni əhatələmək gücündədir. O, 20-yədək uçan ballistik raketə nəzarət edə bilir. «Nebo-M» radiolokasiya kompleksinin poliqon sınaqları 2009-cu ildə başa çatıb. 2012-ci ilin sonunda isə ilk belə komplekslər hərbi-hava qüvvələrinin ixtiyarına verilib.

«Voyennoe obozrenie» jurnalı Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən iddia edir ki, təkcə 2016-cı ildə radiolokasiya komplekslərinin istehsalı ilə məşğul olan «Almaz Antey» konserni hərbi-kosmik qüvvələrə 5 ədəd «Nebo-M» radiolokasiya kompleksi təhvil verib. Ümumən, hazırda Rusiyanın hava hücumundan müdafiə qüvvələri 10 «Nebo-M» kompleksinə malikdir. Bu komplekslər Şərq və Qərb hərbi dairələrinin radiotexniki qüvvələrinin hissələrində yerləşdirilib.

Amerika tankları Gürcüstanda

Amerika tankları Gürcüstanda

«HƏRBİ TƏHLÜKƏ NƏZƏRƏ ALINMALIDIR»

Ekspert Y.Damantsev-in sözlərinə görə, «Nebo-M» radiolokasiya komplekslərinin Gümrüdə yerləşdirilməsi Rusiya tərəfinin eyni zamanda bir neçə məsələni həll etməsinə yol açacaq.

 

««Nebo-M»ə ehtiyac yarana biləcək ikinci tərəf – cənub-qərb hava istiqamətidir. Bu istiqamətdə Türkiyə və Ərəbistan aviabazalarında yerləşən ABŞ hərbi hava qüvvələrinin taktiki və strateji kəşfiyyat aviasiyasının xüsusilə yüksək fəallığı müşahidə olunur. Gələcəkdə isə burada «Yıldırım» tipli türk operativ-taktiki ballistik raketlərinin sınaqları daha tez-tez həyata keçiriləcək. Bu və Gürcüstan tərəfindən daim artmaqda olan hərbi təhlükə nəzərə alınmalıdır. Gürcüstan Vaziani hərbi bazasında, tank əleyhinə bölmələrin tərkibində Birləşmiş NATO hava qüvvələrinin iri kontingentini, habelə «Patriot PAC-3», yaxud «SAMP-T» kompleksləri tipli bir neçə batareya yerləşdirməyi planlaşdırır», – deyə Y.Damantsev qeyd edir.

Rusiyalı ekspertin sonuncu iddiası ilə bağlı qeyd olunmalıdır ki, Şimali Atlantika Alyansı Gürcüstanda hansısa iri bölmələrin yerləşdirilməsinə dair hər hansı bəyanat verməyib. NATO Gürcüstanla münasibətlərini, əsasən, birgə hərbi təlimlərlə məhdudlaşdırır. 2016-cı ildə bu təlimlərdə ilk dəfə ABŞ istehsalı olan «Abrams» tankları da iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button