2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Azərbaycanla sərhəddə hərbi baza tikir?

Sərhədin bu sektorunda son Azərbaycan-Ermənistan toqquşmaları 2020-ci ilin iyulunda baş vermişdi

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun Erməni xidməti – Azatuyun yazır ki, Ermənistanın Aygepar kəndi sakinlərinin arasında dolaşan şayiələrə görə Rusiya bu kənddə yeni hərbi bazanın yaradılmasına başlayıb.

Sovet vaxtı burada Yak-40 təyyarələri üçün enmə-qalxma zolağı olub.

Azatutyun yazır ki, Ermənistanın Tavuş vilayəti Berd rayonunun Aygepar kəndində bir aydan çoxdur ki, qızğın tikinti işləri gedir.

Bu da xəbər verilir ki, 17 iyunda hökumətin bəyan edilməyən məsələləri arasında “Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiyasına dair” protokola 2 nömrəli düzəliş də vardı.

Hökumət saytında bildirilir ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının dislokasiya ünvanlarının dəyişməsinə dair protokola uyğun olaraq Rusiya tərəfinə yeni torpaq sahələri və daşınmaz əmlak verilir.

Bu sənədin əsaslandırılması barədə məlumatı Ermənistanın müdafiə naziri Suren Papikyan verib.

Onun sözlərinə görə bu barədə hökumət qərarı var, lakin sənəd hələ əsaslı şəkildə işlənməli və Milli Məclisdə ratifikasiya olunmalıdır.

Berd hava limanında aparılan tikinti işlərinə gəlincə isə, yerli sakinlər deyirlər ki, tikinti rəhbərlərinin arasında ruslar da var.

Azatutyun yazır ki, bununla belə hökumətin açıqladığı məlumatda hansı torpaqlardan, burada Rusiyanın hansı sayda əsgərinin yerləşdiriləcəyindən, onların missiyasından söhbət getmir.

Berd icmasının başçısı Samvel Ovsepyan Azatutuyuna deyib ki, aeroport kəndin balansında deyildi.

Azatutyun yazır ki, Aygepar kəndi Azərbaycanın Tovuz rayonundakı Əlibəyli kəndinin 1 kilometrliyində yerləşir.

Yerli sakinlər bildirirlər ki, burada Rusiya bazasının olması əlavə təhlükəsizlik qarantiyaları yaradardı.

Kənd sakini Vaçe Kalantaryan deyib:

“Adamlar ümid edirlər ki, sakitlik olacaq. Siz gözəl bilirsiniz ki, bu ən yaxın ərazidir. 30 ildir atəş altındadır. Tüfəngdən güllə atırlar gəlib bura düşür”.

Başqa bir kənd sakini – Hamlet Markaryan isə deyir ki, “belə yaxşıdır, o vaxt olduğu kimi müharibə, bombardman olmayacaq”.

Sərhədin bu sektorunda son Azərbaycan-Ermənistan toqquşmaları 2020-ci ilin iyulunda baş vermişdi.

Azatutyun yazır ki, o vaxt bir neçə gün ərzində Aygepar, Movses, Nerkin Karmiraxpur, Berd və Çinar məntəqələri iriçaplı silahlardan atəşə tutulurdu.

İki aydan sonra isə 44 günlük müharibə başlandı.

24 saat” “
Rusiya Azərbaycanla sərhəddə hərbi baza tikir?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button