2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya bu ölkənin baş konsulunu persona non-qrata elan etdi

Rusiya Xariсi İşlər Nazirliyi Estoniyanın ölkəsindəki baş konsulunu və konsulluğun kargüzarlıq şöbəsinin rəhbərini persona non-qrata elan edib.

Bu barədə məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya XİN bu addımı rəsmi Tallinin təxribatına сavab olaraq atdığını bəyan edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Estoniya hökuməti Rusiyanın iki diplomatını – Dmitri Kazennovu və Andrey Surqayevi persona non-qrata elan edib.

Kazennov Rusiyanın Estoniyadakı baş konsulu, Surqayev isə konsuludur. Hər iki diplomata ölkəni mayın sonuna qədər tərk etmələri ilə bağlı yazılı tələbnamə göndərilib.

Estoniya Xarici İşlər Nazirliyi qərarının səbəbini açıqlamayıb. Rusiya XİN isə rəsmi Tallinin bu addımının heç nə ilə izah olunmadığını və dostluq münasibətlərinə yad olduğunu bildirib.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button