2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Rusiya-Ermənistan birgə ordusunun Azərbaycana təhlükəsi yoxdur”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Qafqazda Rusiya və Ermənistanın birgə ordu yaratmasına münasibət bildirib.

A.Mütəllibov Ölkə.Az-a açıqlamasında deyib ki, bu addımlar güclənən və qüdrətlənən Azərbaycan ordusunun qorxusundan atılır:

“Təbii ki, Rusiya bu addımı Ermənistan rəhbərliyinin xahişi ilə edir. Çünki Ermənistan Azərbaycanın inkişafını özünə təhdid görür. Açıq etiraf etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda geostrateji rola və əhəmiyyətə malikdir. Bu gün elə rus siyasətçisi tapmaq olmaz ki, o ancaq Ermənistanı Rusiya ilə görmək istəsin. Əksinə, Rusiya üçün Azərbaycan daha əhəmiyyətli dövlətdir. Ancaq Ermənistanın dövlət kimi belə rolu mövcud deyil. Ona görə də Ermənistan bundan çox ciddi narahatlıq keçirir”.

Saytların yığılması Saytlarin yigilmasi

A.Mütəllibov qeyd edib ki, bu ilin aprelində cəbhə xəttində baş verən döyüşlər Ermənistanın təkbaşına müharibə aparmaq gücündə olmadığını sübut edib:

“Ermənistan rəhbərliyi Azərbaycan ordusunun cəbhədə hər an aprel döyüşlərinə bənzər hərbi əməliyyatlara başlaya biləcəyindən ciddi qorxu keçirirdi. Ona görə də Ermənistanın Rusiyadan yalvarışları və xahişləri nəticəsində bu addımın atılmasına nail olunub. Lakin bütün bunların Azərbaycan üçün ciddi təhlükəsi yoxdur. Azərbaycan öz ehtiyatını da əlindən verməli deyil”.

Sabiq prezident vurğulayıb ki, əgər Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda hərbi əməliyyatlara başlasa, Rusiya Ermənistanı açıq müdafiə edə bilməyəcək:

“Bu gün Rusiyanın Ermənistana görə Azərbaycana açıq şəkildə hərbi cavab verməsi ehtimalı çox azdır. Rusiyanın Azərbaycana qarşı bu cür addımlar atması üçün Türkiyə amili də nəzərə alınacaq. Çünki son zamanlar Rusiya-Türkiyə münasibətləri kifayət qədər inkişaf edir. Bu münasibətlərin düzəlməsində Azərbaycan rəhbərliyinin də ciddi rolu olub. Bütün bunlar onu deyir ki, Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi Cənubi Qafqazda baş verən proseslərə Azərbaycanın xeyrinə müsbət təsir göstərəcək”.

Xatırladaq ki, Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdırmaq barədə razılığa gəlib. Rusiya prezidenti Vladimir Putinə təqdim olunan saziş layihəsində ordunun “Qafqaz bölgəsində, tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə” yaradıldığı qeyd olunub.
Hər iki dövlət arasında imzalanacaq müqavilənin 5 illik olduğu və tərəflər müqavilədən çıxmaq istəmədiyi təqdirdə, uzadılacağı qeyd olunur.

Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücumu ediləcəyi halda, sərhədləri qorumaq olduğu bildirilir. Orduya Ermənistan prezidenti komandanlıq edəcək. Amma bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button