2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq niyyətində deyil – Lavrov

Bakı/28.12.23/Turan: Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvanın Ermənistandan hərbi bazasını çıxarmaq niyyətində olmadığını bildirib. 

“Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu mövzusunda mühakimələri zərərli hesab edirəm. Bu bazanın orada yerləşməsi haqqında müqavilə 16 mart 1995-ci il tarixində, ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə ortaq vəzifəsinə əsaslanaraq bağlanılıb. Bu gün bizim hərbiçilərimiz bu regionda sülhün təmin edilməsinin əsas elementidir”, deyə Lavrov TASS-a müsahibəsində bildirib.

Son vaxtlar Yerevan NATO və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlığı inkişaf etdirir, deyə rusiyalı diplomat qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

“Bu il Ermənistan alyansın onlarla tədbirində iştirak edib. Öz silahlı qüvvələrini NATO standartlarına uyğun olaraq müasirləşdirməkdə davam edir, ölkə hərbiçiləri Şimali Atlantika Blokuna üzv olan bir sıra dövlətlərdə təlim keçir. Bu, bizdə narahatlıq doğurmaya bilməz. Biz dəfələrlə NATO-nun əsl məqsədinin regionda öz mövqeyini möhkəmləndirmək, “parçala və hökm et” sxemi ilə manipulyasiyalar üçün şərait yaratmaq olduğunu ermənistanlı həmkarlarımızın diqqətinə çatdırmışıq”, deyə Lavrov sözünə davam edib.

O, “Yerevanın alyansla əməkdaşlığın milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğu barədə düşünəcəyinə” ümid etdiyini bildirib. 06В

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button