Bizim tərcümə

Rusiya gecə sirena səsinə oyanıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-26 11:17:07

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna bazar ertəsi səhər saatlarında Saratov vilayətindəki Engels aviabazasını pilotsuz təyyarə ilə hədəfə alıb. Ukraynanın Rusiya torpaqlarında ikinci dəfə hədəf aldığı Engels aviabazası Ukraynaya hücumlar üçün kritikdir.

Nazirlik, alçaq hündürlükdə hərəkət edən PUA-nın bazanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu, lakin dağıntılar nəticəsində 3 əsgərin həyatını itirdiyini açıqlayıb. Digər tərəfdən həyatını itirənlərin texniki heyət olduğu və hadisədə hədəf alınan təyyarə siloslarına zərər verilmədiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

MÜLKİ HƏLKƏLƏR HƏDƏF DEYİL

Partlayışın gecə yarısından sonra saat 2.35-də baş verdiyi qeyd edilib.

Yerli mənbələrin məlumatına görə, Tu-141 Strizh pilotsuz təyyarəsi Rusiya daxilində 700 kilometr yol qət edərək Engels-2-yə enib. Saratov qubernatoru Roman Busargin hadisədən dərhal sonra Telegram-da hərbi obyektlərdə “insident” baş verdiyini, Engels şəhərində evlərə və ya infrastruktura ziyan dəymədiyini açıqlayıb.

‘ƏLA BAZA’

Engels və Dyailevo bazalarında Ukraynanın hərbi obyektlərinə və enerji infrastrukturuna hücum edən uzaqmənzilli bombardmançı təyyarələr var. Bazaların yerləşdiyi Saratov vilayəti Rusiyanın daxili hissəsində və Kiyevdən təxminən 900 km aralıda yerləşir.

Məlumdur ki, Ukrayna dekabrın 5-də Engels və Dyagilevo hava limanlarına da analoji dron hücumları həyata keçirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button