2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya kimyəvi silah ittihamını rədd edir

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya ABŞ dövlət katibi Rex Tillerson-un ittihamına qəzəbli reaksiya verib. Tillerson demişdi ki, Moskva Suriyada kimyəvi silahlardan istifadə üçün məsuliyyət daşıyır.

Yanvarın 23-də BMT-nin Təhlükəsizlik Şurasından çıxış edən Nebenzya bildirib ki, Birləşmiş Ştatlar Suriya hökumətini kimyəvi silahlardan istifadədə “tələsik ittiham edib”.

“İndi Rusiyanı da buna sürükləməyə çalışırlar”, – Nebenzya söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

***

ABŞ dövlət katibi Rex Tillerson deyir ki, Suriyada kimyəvi silahdan istifadənin ən böyük məsuliyyətini Rusiya daşımalıdır. Bundan əvvəl bu həftə Dəməşq yaxınlığında kimyəvi hücum olduğu barədə xəbərlər yayılmışdı.

Tillerson bu bəyanatı yanvarın 23-də Parisdə verib. Burada ABŞ da daxil 24 ölkə kimyəvi silahlardan istifadə edənlərin tapılıb cəzalandırılması ilə məşğul olacaq yeni təşkilat yaradıb.

Tillerson deyib ki, Rusiya kimyəvi silahların Suriyadan çıxarılmasına dair ABŞ-la 2013-cü ildə bağladığı sazişin şərtlərini pozur.

O habelə bildirib ki, Moskva Suriya hökumətinə Kimyəvi Silahların Qadağanı Konvensiyasını pozmaqda kömək edir.

Dövlət katibi deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının kimyəvi silahlardan istifadə edənləri haqq-hesaba çəkən qətnamələrinə veto qoymağı dayandırmalıdır.

Tillerson bildirib ki, Rusiyanın bu məsələdə müttəfiqi Suriyanı himayə etməsinə heç bir şübhə yoxdur. Onun sözlərinə görə, Moskva belə etməklə Birləşmiş Ştatlar qarşısında Suriyanın qarantı kimi götürdüyü öhdəliyi pozur.

Yenicə yaradılmış təşkilat – Kimyəvi Silahlardan İstifadəyə görə Cəzasızlığa qarşı Beynəlxalq Tərəfdaşlıq (International Partnership against Impunity for the Use of Chemical Weapons) kimyəvi silahlardan istifadə edənlərin adlarını faş etmək və son nəticəsdə onları cəzalandırmaqla məşğul olacaq. BMT-nin kimyəvi silahlardan istifadənin qarşısını almaq cəhdləri Rusiyanın vetolarına görə iflasa uğrayıb.

Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yeni təşkilat “heç bir vəchlə mövcud beynəlxalq mexanizmləri əvəz etmir və özünün təhqiqatlarını aparmaq niyyətində deyil”.

Rusiya bu təşəbbüsü kəskin tənqid edib.

Yanvarın 23-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, yeni təşkilat Kimyəvi Silahların qadağanı Təşkilatının səlahiyyətlərini birbaşa mənimsəmək məqsədi güdür.

Fəallar və xilasedicilər bildirirlər ki, yanvarın 22-də Dəməşqin qiyamçıların nəzarətində olan ətraf rayonunda 20 mülki şəxsə xəsarət yetirmiş kimyəvi hücumun arxasında Assad hökuməti dayanır. Bundan əvvəl Moskva kimyəvi hücumların ekstremistlər tərəfindən törədildiyində israr edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button