Dünya

Rusiya Kiyevə, Zaporojyeyə zərbələr endirir

Rusiya Kiyevə, Zaporojye şəhərinə yenidən zərbələr endirib. Bu arada Ukrayna qüvvələri şərqi Donbas regionunda hücumları dəf edir.

Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba Telegram-da yazıb ki, xilasedicilər paytaxta zərbələr endirilən yerdə işləyirlər, ancaq məkanı dəqiq açıqlamayıb.

Zaporojyeyə isə ötən gecə Smerç raketləri atılıb. Bu haqda Telegram-da vilayət hərbi administrasiyasının başçısı Oleksandr Starux məlumat verib.

Starux infrastrukturun dağıldığını, yanğın başladığını, amma fövqəladə xidmətlər tərəfindən dərhal söndürüldüyünü bildirib.

Cənub-şərqi Zaporojyenin bir hissəsi Rusiyanın işğalı altındadır, ancaq vilayətin eyniadlı paytaxtı Ukraynanın nəzarətindədir.

Zaporojye Rusiyanın ötən ayın sonunda ilhaqını elan etdiyi, Ukraynanın dörd vilayətindən biridir. Kiyev və Qərb müttəfiqləri bu ilhaqı, Moskvanın keçirdiyi saxta referendumları tanımayıb.

Şərqi Donbas regionunda isə Ukrayna əsgərləri Avdiyevka və Baxmut şəhərləri yaxınlığında hücumların qarşısını alırlar. Məlumatı Prezident Volodimir Zelenski oktyabrın 26-da yayıb.

Zelenski bu şəhərləri tutmağa çalışan Rusiya komandirlərini “ağılsızlıq”da ittiham edib.

Rusiya komandanlığının ağılsızlığı burada lap çox görünür. Onlar günbəgün, aybaay orada yaşayanları ölümə sürükləyirlər, artilleriya zərbələrinin səviyyəsini artırırlar”,Zelenski gecə müraciətində deyib.

Rusiya qüvvələri Baxmutu tutmağa dəfələrlə cəhd ediblər. Bu şəhər Slovyansk və Kramatorska aparan əsas yolun üstündə yerləşir.

Prezidentin müşaviri Oleksey Arestoviç deyib ki, Rusiya qüvvələri bir gün ərzində nahara qədər Baxmuta səkkiz dəfə hücuma keçib, hər dəfəsində də geri oturdulub.

Britaniya kəşfiyyatının məlumatına görə, Moskva, ola bilsin, Baxmutun tutulmasına digər iki şəhərə doğru irəliləmək üçün ilkin şərt kimi baxır.

Bu arada Rusiya Ukraynanın guya çirkli bomba işə salmaq planları haqda iddiasını yenidən dilə gətirib. Bu dəfə ittihamı Prezidenti Vladimit Putin Rusiya televiziyasına deyib.

Onun sözlərinə görə, Ukrayna “çirkli adlanan bombadan provokasiya kimi istifadə” planlaşdırır. Putin ilk dəfədir bu iddianı dilə gətirir, rəsmiləri isə ötən həftəsonundan bu haqda danışırlar.

Putin Rusiya strateji nüvə qüvvələrinin təlimlərini monitorinq edərkən danışıb.

Müdafiə naziri Sergey Şoyqu Putinə məruzəsində deyib ki, təlimlərdə Rusiyaya nüvə hücumuna cavab olaraq “nəhəng nüvə zərbəsi” simulyasiya olunub.

ABŞ Rusiyanın illik təlimlər haqda öncədən məlumat verdiyini bildirib. Bu arada NATO da illik nüvə təlimləri keçirir.

24 saat” “
Rusiya Kiyevə, Zaporojyeyə zərbələr endirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ford Rusiya bazarından tamamilə çıxır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button