2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Rusiya şantajı: Ərzaq böhranı başlayıb, amma…

“Dünyada artıq ərzaq böhranı başlayıb, lakin səbəb Rusiyanın Ukraynadakı “hərbi əməliyyatı” deyil”. Bu iddia ilə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Kommersant” yazır ki, Peskovun sözlərinə görə, Ukraynada “çox kiçik faiz taxıl” ehtiyatı bloklanıb və bu, vəziyyətə təsir etmir. O qeyd edib ki, Rusiya taxılının Qərbə tədarükü üçün Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları qaldırmaq lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Peskov bildirib ki, Ukrayna taxılının ixracı ilə bağlı problemi həll etmək üçün Kiyevin mövqeyini anlamaq lazımdır. Kremlin sözçüsü iddia edir ki, Ukraynada hakimiyyətin dediyindən “çox az” taxıl qalıb. “Beynəlxalq taxıl bazarlarına təsir baxımından bu taxıl ehtiyatlarının əhəmiyyətini çox şişirtməyə ehtiyac yoxdur, faiz çox kiçikdir və artıq başlayan ərzaq böhranına əhəmiyyətli təsir göstərə bilmir”, – Peskov əmindir.

Peskov Vladimir Putinin Rusiya taxılını beynəlxalq bazarlara çıxarmaq üçün “müvafiq sanksiyaları dəyişdirmək lazımdır” sözlərini xatırladıb. Pnun sözlərinə görə, bu məhdudiyyətlər arasında gəmilərin sığortasının dayandırılması və Rusiya gəmilərinin Avropa limanlarına girişinin qadağan edilməsi var.

“24 saat “Rusiya şantajı: Ərzaq böhranı başlayıb, amma…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button