2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Rusiya Suriyanı ittiham edən qətnaməyə veto qoydu

AzadlıqRadiosu xəbər verir ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi hücuma dair Qərb tərəfindən dəstəklənən qətnamə layihəsinə veto qoyub.

Çin aprelin 12-də keçirilən səsvermədə Efiopiya və Qazaxıstanla birlikdə bitərəf qalıb. 10 ölkə qətnamənin leyhinə səs verib. Bu səsvermədə Rusiya kimi sənədin əleyhinə çıxan yalnız Boliviya olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu artıq onuncu dəfədir ki, Rusiya Suriyadakı müttəfiqi – prezident Bashar al-Assad-ı himayə məqsədilə özünün veto hüququndan istifadə edir.

Dəməşq və Moskva israr edirlər ki, aprelin 4-də qiyamçıların nəzarətində olan şəhərdə onlarca dinc sakini öldürmüş zəhərli qaz, hökumətin qiyamçılara məxsus kimyəvi silah anbarını bombardman etməsi nəticəsində ətrafa yayılıb.

Beləliklə, Kreml kimyəvi silahın Assad-ın opponentlərinə məxsus olduğunu iddia edir.

BMT TŞ-də keçirilən səsvermə ABŞ dövlət katibi Rex Tillerson-un Moskvaya səfəri ilə eyni vaxta təsadüf edib. Tillerson prezident Putin və xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirib.

Bu danışıqlardan sonra Lavrov deyib ki, Moskva Birləşmiş Ştatlar, Britaniya və Fransa tərəfindən tərtib edilmiş qətnamə layihəsinə veto qoyacaq.

Qətnamədə Suriya hökumətindən kimyəvi hücumun araşdırılmasında əməkdaşlıq tələb olunurdu.

Rusiya isə bildirib ki, Suriya hökumətini ittiham edən hər hansı qətnamə “əks nəticvələrə” gətirib çıxara bilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button