Bizim tərcümə

Rusiyadan flaş ‘nüvə müharibəsi’ açıqlaması… Bu sözlərlə qorxutdu!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-19 15:37:51

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Putinin sərəncamı ilə fevralın 24-də başlayan müharibə 11 aydır ki, sürəti səngimədən davam edir.

Qərb, xüsusən də ABŞ Ukraynaya silah verməkdə davam edərkən, Rusiyadan çox mübahisəli xəbərdarlıq gəldi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın Ukraynadakı itkisinin ciddi nəticələrinin olacağını vurğulayıb.

“Adi müharibələrdə məğlub olan nüvə gücü nüvə müharibəsinin fitilini alovlandıra bilər” deyən Medvedev, “məğlub olsaq, nüvə silahından istifadə edə bilərik” mesajını verdi.

“Nüvə qüvvələri öz taleyindən asılı olan böyük münaqişələri heç vaxt itirmir”, – Medvedev bildirib.

Rusiyanın Ukrayna müharibəsində məğlub olacağı təqdirdə nüvə silahından istifadə etməsi bir çox hərbi ekspertlər tərəfindən “kabus ssenarisi” kimi təqdim edilir.

Medvedev AB-nin dağılmasından tutmuş ABŞ-da vətəndaş müharibəsinin başlanmasına qədər bir çox peyğəmbərliklər etdi.

class=”medianet-inline-adv”>

‘NÜVƏ BALTIKA’ XƏBƏRDARLIQ EDİLDİ

Ötən dövrdə İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedev, Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə edərək, bu ifadələri işlətdi. ;

“İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”.

ÜMUMİ HÜCUM TƏHLÜKƏSİ

Medvedev həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.

Apokalipsis atlıları yoldadır”, – deyə Medvedev Ukraynaya göndərilən raketlərin Rusiyanı hədəf alacağı təqdirdə hərtərəfli hücumla hədələyib.

ABŞ Ukraynaya silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button