Gündəm
Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk etdi
Rusiyanın hərbi gəmilərinin Bakı limanını tərk etdiyi bildirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk edib.