Bizim tərcümə

Rusiyanın müxalif simalarından biri Yaşin üçün 8,5 il həbs

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-10 15:28:13

Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədə qalan azsaylı müxalifətçilərdən biri olan İlya Yaşin Rusiya ordusunun hərbi cinayətlər törətdiyini iddia etdikdən sonra “yalan məlumat yaymaq” ittihamı ilə Moskvada Meşçanski Məhkəməsində hakim qarşısına çıxarılıb. Ukraynanın Buça şəhərində baş verən hadisələrdə…

Prosesin prokuroru Yaşinin Buçada mülki şəxslərin öldürüldüyü barədə “Rusiya ordusu haqqında yalan məlumat yaydığına” görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Yaşin ittihamları rədd etdiyi halda, hakim Oksana Quryunona Yaşinin 8,5 il yarım müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

DƏSTƏK MESAJI

Rusiyanın ən güclü müxalifətçilərindən biri olan və hazırda həbsdə olan Aleksey Navalnı həbsdən sonra Yaşinə dəstək mesajı göndərib. “Mən İlya Yaşini 18 yaşından tanıyıram. Yaşini internetdə müharibə əleyhinə çıxışlar etdiyinə görə bu gün 8,5 il həbsə məhkum ediblər”, – Navalnı bildirib. Yaşinin anası Tatyana Yaşina “Oğlum layiqli insandır. Mən onunla fəxr edirəm” deyib.

Digər tərəfdən, Yaşin müharibə başlayandan bəri müharibə əleyhinə ritorikasını davam etdirir. Aprel ayında o, YouTube kanalında Buçada ukraynalıların öldürülməsi ilə bağlı veriliş yayımladı və Rusiya hərbçiləri iddia edilən hərbi cinayətləri pislədikdən sonra saxlanıldı.

Rusiya Ukraynaya hücumlarından qısa müddət sonra “saxta xəbərlər” yaymağı cinayət saydı.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button