2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın üç kəşfiyyat idarəsinin rəhbərləri ABŞ-da olublar

Rusiyanın üç əsas kəşfiyyat və casusluq idarəsinin direktorları bu yaxınlarda ABŞ paytaxtına səfər ediblər.

Müşahidəçilər Moskva və Vaşinqton arasındakı münasibətlərin son dərəcə gərgin olduğu bir vaxtda bu hadisəni “son dərəcə qeyri-adi” adlandırırlar.

Bundan əvvəl Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısıSergey Narışkinin bu günlərdə Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşərək terrorizm və başqa məsələləri müzakirə etdiyini təsdiqləmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Rusiyanın iki başqa kəşfiyyat idarəsi rəhbərlərinin – Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun və Baş Kəşfiyyat İdarəsinin (GRU) rəisi İqor Korobovun da ABŞ-da olması daha öncə məlum deyildi.

The Washington Post yanvarın 31-də xəbər verib ki, Bortnikov və Korobov ABŞ paytaxtına ötən həftə gəliblər və Bortnikov da Sergey Narışkin kimi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mark Pompeo ilə görüşüb.

Korobovun kiminlə görüşdüyü bilinmir.

Bu səfərlər prezident Donald Trump-ın administrasiyasının Rusiyaya qarşı yeni sanksiyaları elan etməsindən bir neçə gün əvvələ təsadüf edib.

Lakin yanvarın 29-da elan edilmiş tədbirlər bir çox müşahidəçiləri təəccübləndirib. Əslində gözlənildiyi kimi aktivlərin dondurulması, səfər qadağanları və başqa sanksiyalar tətbiq olunmayıb.

Moskvada radioya verdiyi müsahibədə ABŞ səfiri Jon Huntsman Rusiya kəşfiyyat başçıları ilə görüşlərin olduğunu təsdiq edib, lakin onların harada keçirildiyi barədə məlumat verməyib.

Səfir Exo Moskvı radiosuna deyib ki, yüksək səviyyədə bu görüşlər “çoxdan, lap çoxdan” gözlənilirdi.

Rusiyanın Vaşinqtondakı səfirliyinin sözçüsü sorğu üçün göndərilmiş e-mail-ə dərhal cavab verməyib.

Rusiya hərbi kəşfiyyatının başçısı İqor Korobovun Vaşinqtonda kiminlə görüşdüyü bilinmir
Rusiya hərbi kəşfiyyatının başçısı İqor Korobovun Vaşinqtonda kiminlə görüşdüyü bilinmir
MKİ-nin sözçüsü Pompeo-nun görüşləri barədə şərh verməkdən imtina edib.

Sözçü yalnız bunu deyib ki, bu görüşlər ABŞ qanunlarına uyğun şəkildə və müvafiq nazirliklərlə məsləhətləşmələr çərçivəsində baş tutub.

Pompeo yanvarın 29-da BBC-yə müsahibəsində deyib ki, ABŞ və Rusiya kəşfiyyat agentlikləri əməkdaşlıq ediblər. Lakin o əlavə edib ki, Rusiya hələ də rəqib tərəf hesab olunur.

AzadlıqRadiosu yazır ki, MKİ direktorları vaxtaşırı ən müxtəlif məsələləri müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşürlər, lakin ABŞ kəşfiyyatının pensiyada olan bəzi əməkdaşları Rusiyanın bütün üç kəşfiyyat orqanı başçılarının eyni vaxtda səfərinin son dərəcə qeyri-adi göründüyünü söyləyiblər.

MKİ-nin Moskva bürosunun keçmiş rəhbəri Steven Hall AzadlıqRadiosuna deyib ki, o son 15 ildə üç Rusiya kəşfiyyat idarəsi rəhbərlərinin eyni vaxtda ABŞ paytaxtında olmasını xatırlamır.

ABŞ kəşfiyyatı FTX-ni və Baş Kəşfiyyat İdarəsini ABŞ-ın siyasi partiyalarının serverlərinə kiberhücumların arxasında durmaqda ittiham edib.

Öz növbəsində Rusiyanın Xarici Kəşfiyyat Xidməti Birləşmiş Ştatlarda gizli fəaliyyət göstərən casuslara rəhbərlik edir. Belə casuslardan bir qrupu 2010-cu ildə ifşa edilərək ABŞ-dan deportasiya olunub.

Bu kəşfiyyat orqanı habelə Donald Trump kampaniyasının üzvü Carter Page-i ələ almaq cəhdində ittiham olunur.

Narışkinin Birləşmiş Ştatlara səfəri ABŞ senatorlarının ciddi narahatlığına səbəb olub.

Konqres demokratlarının rəhbəri Chuck Schumer Narışkinin ABŞ-a səfər qadağanı ola-ola bu ölkəyə necə gəlməsini sual edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button