2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyaya əyildikcə təzyiq artır

aliyev-putinHökumətin qarşılıqsız sevgisi dövləti necə qürursuzlaşdırır

YAP hakimiyyəti 24 ildir ki, Rusiyanın qarşısında təzim etməklə məşğuldu. İstənilən məsələdə Rusiyanın mövqeyi dəstəklənir. Hətta qardaş Türkiyə ilə Rusiya arasında gərginlik yarananda rejim təmsilçiləri “Türkiyə Rusiyadna üzr istəməlidir” təbliğatı apardılar. Yaxud, Ukraynanın ərazibütövlüyü məsələsi müzakirəyə çıxarılanda, Azərbaycan hökuməti işğalçını yanında oldu. Vəziyyətin ən dəhşətli tərəfi Rusiyanı sevmək deyil, bu sevginin qarşılıqsız olmasıdır, bu qədər sədaqətin qarşısında Rusiyanın adekvat addımının olmamasıdır. Eyni zamanda Azərbyacanın bütün faciələrində Rusiyanın barmağı olub və bugün də 20 faiz ərazinin işğalda qalmasının əsas səbəbkarı Rusiyadır. Azərbaycan hakimiyyətinin bu qədər jestinə baxmayaraq nəinki bir qarış torpağı, hətta erməni əsirliyində olan Şahbaz və Dilqəmi də geri ala bilmədilər. Rusiya məqsədli şəkildə Ermənistanın maraqlarını, Azərbaycan hökuməti isə Rusiyanın maraqlarını təmin edir.
Son olaraq isə Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edildi. ÜAK-ın prezidenti Fazil Qurbanov mətbuata açıqlamasında qərarı ədalətsiz adlandırıb. Bəli, Azərbaycan hökuməti Rusiyaya “böyük qardaş” deyir, Rusiya isə Azərbaycanı kiçik düşürməyə davam edir.
Rusiyaya sığınmağını heç bir perspektivi yoxdursa, bu qədər təzimin qarşılığında şapalaqla mükafatlandırılırıqsa, Rusiya heç bir məsələdə Azərbaycanla bağlı zərrə qədər güzəştə getmirsə, bu “qucaqlaşma”nın səbəbi nədir? Nəyin xatirinə Rusiyanın ermənipərəstliyinə göz yumulur? Bir Konqresin fəaliyyət göstərməsinə belə imkan verilmirsə, bu ümidsiz sevgidən niyə əl çəkmirik?
Niyə Putindən “Dostluq” medalı alanlar üsyan etmir? Gecə-gündüz Avropaya cırmaq atanlar, Azərbaycana qarşı ikilistandartlardan, qərəzdən danışanlar niyə susub? Vətənpərvər libası geymiş rejim sözçüləri hardadı? “Obamanın iki üzü” məqaləsini çap edən rejim mətbuatı “Putinin iki üzü”nü də dərc edəcəkmi?
Görünən budur ki, Rusiyanın qarşısında əyildikcə, təzyiqi daha da artırır. Rusiyadan çəkindikcə, daha çox istəyir. Rusiyaya əlini verdinsə, qoluna da tamah salır. Hakimiyyəti qoruyub saxlamaq naminə dövləti bu qədər qürursuzlaşdırmaq xəyanətdir. Müstəqil bir dövlət başqa dövlət qarşısında bu qədər alçalmamalıdır.
Baş verənlərlə bağlı YAP-çı deputat Siyavuş Novruzov da münasibət bildirib: “Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib. Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”- deyə Siyavuş Novruzov bildirib.
İlk növbədə qeyd edək ki, Siyavuş Novruzov da döşündə Rusiyanın ordenini daşıyır və Azərbaycana qarşı ədalətsilik edilibsə, adekvat addım atsın.
İkincisi, bu boyda hadisəni “bəzi adamalrın şəxsi marağı” kimi təqdim etmək də dişsizliyin, cəsarətsizliyin göstəricisidir. Siyavuş Novruzov dünyada ermənipərəst axtarmaq üzrə ixtisaslaşmış adam kimi, bu hadisəyə də kəskin cavab verməli, sevimli “ermənipərəst” arqumentini də işə salmalıdı.
“Müvafiq orqanlar araşdırsın”, “hesabat təqdim etsin” kimi fikirlər “nala-mıxa” vurmaq məsələsidir. Bir daha qeyd edirik ki, həqiqətən də Azərbaycana qarşı ədalətsilik edilibsə, Milli Məclisdə deputatlar üsyan qaldırmalı, Rusiya hakimiyyətini hədəf seçməliydilər.
Amma biz bunu müşahidə etməyəcəyik. Çünki, Qarabağ boyda yaraya görə Rusiyaya güldən ağır söz deməyənlər, “ÜAK”ın ləğvinə görə qol çirmələməzlər. Əksinə, bu problemin həll olunması üçün daha bir güzətşə gediləcək, daha çox təzim olunancaq. Rusiya isə istədiyi qədər sıxmağa davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button