Bizim tərcümə

Rusiyaya daha bir zərbə… Ukrayna elan etdi: Yüzlərlə rus əsgəri öldürüldü!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-03 16:28:23

class=”medianet-inline-adv”>

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Müharibənin ilk günlərindən Kiyevi hədəf alan, lakin həftələrlə davam edən mühasirəyə baxmayaraq şəhəri ala bilməyən Rusiya hədəfini şərqə çevirdi.

Burada bir müddət müdafiə mövqeyində olan rusların Xersondan çəkilməsi ilə qarşıdurmalar yeni mərhələyə qədəm qoysa da, 2023-cü ildə müharibə səngimədən davam edir.

Rusiyanın hücumlarına raket hücumu ilə cavab verən Ukrayna, Rusiyanın işğalı altında olan Donetsk bölgəsinə edilən raket hücumunda 400-ə yaxın rus əsgərinin öldüyünü iddia edərkən, Rusiya isə hücumda 63 əsgərin öldüyünü açıqladı.

Dünyanın gündəminə bomba kimi düşən Ukraynadan yeni iddia gəldi.

İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, Ukrayna Rusiya hədəflərinə yeni hücumlar təşkil etdiyini açıqlayıb.

class=”medianet-inline-adv”>

Açıqlamada hücum nəticəsində ən az 500 rus əsgərinin öldüyü və ya yaralandığı bildirilib.

Ukrayna da bu hücumlarda ABŞ istehsalı olan HIMARS-dan istifadə edib.

ZELENSKİ RUSİYANIN PLANINI AÇIQLADI

Dünya Rusiyanın bu hücuma necə cavab verəcəyini müzakirə edərkən, Ukrayna prezidenti Zelenski flaş açıqlama verdi.

Zelenski bildirib ki, Rusiya uzun müddətdir silahsız pilotsuz uçuş aparatı (SİHA) hücumlarını davam etdirərək Ukrayna xalqını ruhdan salmağı hədəfləyir.

Son kəşfiyyat məlumatlarına görə, Moskvanın İran istehsalı Şahid tipli SİHA-larla daha çox hücumlar həyata keçirməyi hədəflədiyini bildirən Zelenski, Rusiyanın məqsədinin Ukraynanı “qorxmaq” olduğunu ifadə edərək, bu ifadələri işlətdi;

“Biz dözməli və bunun üçün hər şeyi etməliyik. Terrorçular başqa məqsədlərinə çata bilmədikləri kimi buna da nail ola bilməyəcəklər. İndi səmanı qorumaqla məşğul olan hər kəs daha diqqətli olmalıdır”.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button