Loading...
Loading...
SEÇMƏ

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin, müharibə veteranlarının elektron reyestri yaradılır

Yayımlandı: 8 Avqust 2022 15:39

Nazirlər Kabineti yeni qərar verib

Nazirlər Kabinetinin Qərarları ilə “Şəhidşəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yeni qaydalara əsasən Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhidşəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

“Reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır”, – məlumatda deyilir.

Nazirlik bildirir ki, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Adı işgəncədə hallanan polis rəisi ölümlə nəticələnən qəza törədib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button