Loading...
Loading...
SEÇMƏ

Şəkidə zəhərlənən 58 nəfərin 38-i uşaqdır

Yayımlandı: 19 İyul 2022 13:24

Onların sudan zəhərləndiyi ehtimal olunur

Şəkinin Yeni Çələbixan qəsəbəsində 58 sakinin zəhərləndiyi deyilir.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, qusma, qızdırma və islah əlamətləri daxil olan xəstələrin nədən zəhərləndiyi bəlli deyil.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, zəhərlənənlərdən 38 nəfəri uşaqdır.

“Onlara zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”, – TƏBİB sözçüsü deyib.

“Qafqazinfo”nun məlumatına görə, ilkin ehtimal olaraq, qəsəbə sakinlərinin sudan zəhərləndiyi bildirilir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Meydan TV

Gözdən qaçırmayın:  Qaziləri intihara sürükləyən səbəblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button