Loading...
Loading...
SEÇMƏ

Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxsləri həbs olunub

Vətəndaşın şikayəti əsasında əməliyyat keçirildiyi bildirilir

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, vətəndaşın müraciəti əsasında əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərov müxtəlif adamların vəzifəyə təyin olunması, idarənin balansında olan klubların ixtisar edilməməsi üçün son 6 ayda ümumilikdə 102 min manat rüşvət almaqda şübhəli bilinir.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslər barəsində məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. Onların ittihamları qəbul edib-etmədikləri məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Tənha ana: “Övladım xilas olmaq üçün əməliyyat olunmalıdır, amma…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button