2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səhhətində ciddi problemlərə baxmayaraq, məhkəmə Ələsgər Məmmədlini azad etməyib

Martın 15-də Bakı Apellyasiya Məhkəməsi Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin apellyasiya şikayətini təmin etməyib. Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Onun sözlərinə görə, müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin onlar barəsində iqtintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarının ləğvini xahiş edib.

“Məhkəmə belə qərar verib ki, onun azadlığa buraxılması məqsədəuyğun sayılmasın” deyə Məmmədli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinəö görə, Ələsgər Məmmədlinin səhhətində çox ciddi problemlər var. “Bir səra həkim rəyləri, qan analizləri və s. tibbi yolla əldə edilmiş sübutlar məhkəməyə təqdim edildi. Təəssüf ki, məhkəmə nə humanizm prinsipinə, nə qanunun aliliyinə əməl etmədi”, deyə o, əlavə

Öz növbəsində, Əlsəgər Məmmədlini müalicə edən həkimi Aydın Əliyev onun səhhətinə görə narahatlığını bildirib. Onun sözlərinə görə, Məmmədlinin qalxanabənzər vəzində 3 mm-lik düyün aşkar edilib və xərçəng şübhəsi var. “Diaqnozu dəqiqləşdirmək üçün mütləq biopsiya olmalıdır. Çox təəssüflər olsun ki, hələ buna şərait yaradılmayıb. Əgər xərçəng xəstəliyi olmuş olarsa, bəzən o, çox sürətlə irəliləyir və digər orqanları zədələyə, insanın həyatı üçün çox təhlükə yarada bilər”, deyə həkim bildirib. 

* Xatırladaq ki, 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, daha iki nəfər polis nəzarətinə verilib.

 

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button