2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid Çingiz Qurbanovun ailəsinə ev verilir

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda 3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib.

Bu barədə şəhidin atası Salman Qurbanov istipress-ə məlumat verib.

Qusar rayon İH-dən əldə edilən məlumata görə, bununla yanaşı Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov şəhidin adının şəhərin mərkəzi küçələrindən birinə verilməsi barədə sərəncam da imzalayıb. İcra hakimiyyəti tərəfindən onun oxuduğu Həzrə kənd məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti qarşısında məsələ də qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb

Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

Prezident Milli Qəhrəman Çingizin ailəsinə ev verdi - FOTOLAR
Prezident Milli Qəhrəman Çingizin ailəsinə ev verdi - FOTOLAR

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button