2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəhidlər Xiyabanında kafe açılıb

“Mingəçevir şəhərində şəhidlərin ruhuna hörmətsizlik edilir”.

Bu barədə Mingəçevir şəhər sakinlərinin bakipost.az-a ünvanladığı müraciətdə bildirilir. Əhali şəhərdəki Şəhidlər Xiyabanının yanında kafe-restoran açılmasından narahat olduqlarını dilə gətiriblər. Müraciətdə qeyd olunub ki, bir müddətdir, şəhidlərin dəfn olunduğu yerin bir addımlığında kafe fəaliyyət göstərməyə başlayıb: “Kafeyə gələnlər yeyib-içir, səs-küy salır. Hətta bəzən dəfn zamanı da oradan musiqi və qəhqəhə səsləri də ucalır. Bu isə şəhidlərimizin ruhuna hörmətsizlikdir. İcra hakimiyyəti buna necə göz yumur? Ümumiyyətlə, orada kafe tipli bir iaşə obyektinin açılamasına necə icazə veriblər? Yəqin, onlar öz cibini düşünür, heç kim bu vətən uğrunda canından keçmiş adamların ruhuna hörmət haqqında düşünmür. Biz narazıyıq bundan”.

Saytların yığılması Saytlarin yigilmasi

Mingəçevir rayon icra başçısının köməkçisi Kamran Məhərrəmov məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, Şəhidlər Xiyabanın yanında kafe yox, çay evi fəaliyyət göstərir: “Mən də deyilən ərazi tərəfdə qalıram. Orada restoran yoxdur. Şəhidlər Xiyabanının arxasında çayçı var. Orada da şəhidlərin xatirəsinə hər hansı hörmətsizlik yoxdur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button