2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: “Ağcəbədidə baş verən ana ölümü faktı araşdırılacaq”

Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana ölümü faktına münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  məsələyə münasibət bildirib: “22 yaşlı Quliyeva Nurlana Əziz qızı Ağcəbədi Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra ananın vəziyyəti vəziyyəti kəskin pisləşib və ölümlə nəticələnib. Uşaq isə sağdır. Quliyeva Nurlananın 2500 qr çəkidə qız övladı dünyaya gəlib və hazırda vəziyyəti stabildir”.
Ananın nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Ekspert müayinəsindən sonra ölümün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Dəqiq səbəblər bundan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.(apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button