2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şərab məhsullarının reklamı məhdudlaşdırıla bilər

”Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik təklif olunur

Saytların yığılması Saytlarin yigilmasi

Şərabçılıq məhsullarının reklamı məhdudlaşdırılır. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilib. “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi təklif olunub. 

Məlumatı APA yayıb. Bildirilir ki, yeni maddəyə əsasən tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində yerləşdirilə bilməz: 

“Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) də həmçinin”. 

Maddədə tündlüyü 5 faizdən yuxarı şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsinin qadağan olduğu deyilir. Bildirilir ki, şərabçılıq məhsulları nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button