2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək…’

“Azərbaycan heç vaxt Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan və rəsmi Bakının siyasi baxışlarına ortaq olmayan insanların onlara təhvil verilməsi xahişi ilə bizə müraciət etməyib”.

Bunu Tbilisidə keçirilən brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Öz növbəsində, Gürcüstan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır”, – deyən nazir əlavə edib ki, Azərbaycan tərəfi Muxtarlının sərhəddə saxlanıldığını deyib.

Daha sonra o, bir daha bildirib ki, sərhəddə buraxılış məntəqələrindən başqa “yaşıl xətlər” var. “Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək çətindir, amma belə bir imkan var”, – nazir Gürcüstan sərhədçilərinin Muxtarlını necə buraxa bildiyi haqqında suala cavabda belə deyib.

“KİV-də Əfqan Muxtarlının əvvəlcədən sərhədi nəzarətdən yayınaraq keçməyin sxemini hazırladığı və onun müntəzəm olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə bəyan edilməyən xarici valyuta keçirdiyi haqqında məlumatlar yayılıb. Bu mərhələdə biz qeyd edilən halları nə təsdiq, nə də təkzib edəcəyik”, deyən nazir bu məlumatın mənbəyini açıqlamayıb.

Nazir Muxtarlının yoxa çıxdığı yerdə müşahidə videokameralarından alınan materialların nə göstərdiyi haqqında suala cavabdan yayınıb.

“Biz bütün istintaq tədbirləri haqqında sizə danışa bilmərik, istintaqın yekunlaşmasını gözləmək lazımdır”, – deyə Mqebrişvili bildirib.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button