2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sərkisyan daxili və xarici siyasi problemlər məngənəsində

Ermənistan mətbuatı siyasi hakimiyyətin illərlə yürütdüyü siyasətin hərtərəfli çürüdüyünü yazır; “iqtidar resurslar planında artıq iflasa uğrayıb və tükənmə ərəfəsindədir”

Aprel döyüşlərində Azərbaycan ordusunun kiçik həmləsi Ermənistan ordusunun zəifliyini, 10-15 adamın əlini-qolunu sallayaraq polis alayının binasını tutub orada yüksək rütbəli polis rəislərini girovluqda saxlaması isə daxili təhlükəsizliyin təmin olunması ilə bağlı problemləri ortaya çıxardı. Ermənistanda iki həftədən çox davam edən “Sasna tsrer” böhranının gətirdiyi çalxantılar qonşuda siyasi sabitliyin də həssas vəziyyətdə olduğunu nümayiş etdirdi.
Ermənistan mətbuatı isə bütün bu olub-bitənlərdən təbii ki, Sərkisyan və onun xarici və daxili havadarlarını məsul tutur.
Erməni qəzetləri Sərkisyanın kadr dəyişiklikləri yolu ilə vəziyyətdən çıxış yolu axtardığını qeyd edir.
“Ermənistanın baş prokuroru Gevorq Kostanyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin rəisi də vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra Serj Sərkisyan MTX direktorunun birinci müavinini də işdən azad edib. Bundan başqa, Ermənistan polisinin rəisi Erebuni və Nor Nork rayonlarının polis rəislərini işdən çıxarıb”, – deyə 1.in.am saytının təhliliçisi Aram Amatuni yazaraq bildirir: “Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti daimi axtarışdadır. Lakin iqtidar resurslar planında artıq iflasa uğrayıb və daxilən tükənmə ərəfəsindədir. Sistem daxilində inamsızlıq, qarşılıqlı şübhə hökm sürür”.
Problem isə ondan ibarətdir ki, Ermənistanda indiki hakimiyyət sistemini daima iki mövhum birləşdirib: pul və təhlükəsizlik. İndiki vaxtda hər ikisi artıq dibə vurub. Bu proses davam etdikcə daxili etibarsızlıq və dağınıqlıq dərinləşir, birliyin əsasları günü-gündən incəlir, hər kəs şübhəli vəziyyətə düşüb. İndi sistem, sadəcə, birinci addımla yıxılacaq vəziyyətdədir. Lakin heç kimin bunu etməyə cəsarəti yoxdur” deyə müəllif yazaraq davam edir:
“Hakim sistem tədricən ehtiyatlılığa və ya qorxuya ümid bəsləyib. İndi onları hansısa hədəf deyil, ümumi şübhələr birləşdirib.
Əgər ümumi hədəf kollektiv yaradıcı coşğunu yaradırsa, şübhələr tam əksinə, prosesi doğurur. Burada hakimiyyətdaxili qruplar yumruq kimi daha çox özünə qapanmağa və sıxılmağa başlayır. Bu isə mərkəzdə güclü vakkumun əmələ gəlməsinə yol açır. Bu vakkum isə çox davam edə bilməz”.
Ermənistanın “Aykakan Jamanak” qəzeti isə Sərkisyana çox yaxın olan baş prokuror Gevorq Kostanyanın istefasını iri həcmli korrupsiya hadisəsi ilə bağlayıb. Belə ki, Müdafiə Nazirliyinə tədarüklə məşğul olan 3 şirkətin Kostanyan və onun yaxın çevrəsi ilə sıx əlaqələri olduğu məlum olub.
Aprel döyüşlərindən sonra aparılan təhqiqatlar bu şirkətlərin fəaliyyətində böyük qanun pozuntularını ortaya çıxarıb.
Erməni mətbuatı Kostanyan üzərində qara buludların hələ bu ilin fevral ayında dolaşdığını  yazır. Belə ki, həmin vaxt Serj Sərkisyan Müdafiə Nazirliyində tüğyan edən korrupsiya faktları ilə bağlı müşavirə keçirib.
Müşavirədən sonra Kostanyanın da iştirakı ilə Müdafiə Nazirliyinin özündə daha bir iclas baş tutub.
Ermənistan KİV-lərinə görə, əgər Kostanyanın yaxın çevrəsi həqiqətən orduya böyük həcmdə tədarüklər həyata keçiribsə, bu iclasın yalnız bir adı olub: bütün izləri silmək və hər şeyi nəzarət altına almaq.
Lakin aprel döyüşləri məsələyə öz “düzəlişlərini” gətirib.
“Aykakan Jamank”ın məlumatları doğrudursa, o zaman baş prokurorun istefası başqa təlatümləri özü ilə bərabər gətirəcək.
“Sasun qiyamı (Sasna tsrer-in qiyamı) Ermənistanın ”Livanlaşdırılması” ilə bağlı konspiriloji nəzəriyyələri özü il bərabər gətirib. Lakin hər kəs bilir ki, bu qiyamın əsas səbəbi Ermənistan hakimiyyətindən olan narazılığın zirvə nöqtəsinə çatmasıdır”, deyə David Stepanyan armenianreport-a yazır: “Korrupsiya, başıpozuqluq, həyasızlıq, ədalətli məhkəmənin yoxluğu, ağır sosial şərait, habelə xarici siyasətdəki qeyri-müəyyənlik…. qiyamın əsas səbəbləri və motivasiyası budur. Təəssüf ki, heç kim ölkədə narazılıq telinin qırılacağına qarantiya verə bilməz”.
Erməni mətbuatı bütün bu problemlər məngənəsində boğulan Sərkisyanın bu səbəbdən Milli Etimad Hökumətini qurmaqdan danışdığını düşünür. Analitiklərin fikrincə, bu, “Sərkisyan-Ter-Petrosyan və Köçəryan” üçlüyündən ibarət koalisiya şəklində ola bilər.
Sərkisyanın xarici arenada atdığı addımlar, daha doğrusu, vurnuxmaları isə mətbuatda ayrıca tənqid mövzusudur.
Erməni jurnalistləri Putinin Azərbaycan ziyarətindən sonra Sərkisyanın avqustun 9-da Moskvaya həyata keçirəcəyi rəsmi səfərdən sonra bir çox mətləblərə aydınlıq gələcəyini düşünür.
Lakin erməni müxalif mətbuatı, həmişəki kimi, bu məsələdə ən çox Rusiyaya yüklənərək Moskvanın ermənilərə qarşı “haqsızlıq” etdiyini iddia edir.
Erməni analitik Akop Badalyanın “Putin Əliyevə şantaj etməkdə kömək edəcək” məqaləsi də bu yöndədir.
“Putinin Azərbaycan səfərinin gündəliyində hərbi-texniki əməkdaşlıq məsələləri önə çıxacaq, başqa sözlə, Rusiya Azərbaycana yeni silah partiyası satmağa hazırlaşır. Görəsən, Rusiya (Putinin dediyi kimi-red.) münaqişə tərəflərinə öz reseptini niyə sırımağa çalışır. Bunu elə Azərbaycanı silahlandırmaq yolu ilə də edə bilər ki, Azərbaycan da öz növbəsində ya müharibə, ya da müharibə şantajı yolu ilə istədiyi bütün qərarları Ermənistana qəbul etdirsin” deyə Akop Badalyan yazaraq davam edir: “Rusiya uzun müddətdən bəri bunu həyata keçirməyə çalışaraq işi apreldəki müharibəyə qədər götürdü. İndi Kremldə başa düşürlər ki, Azərbaycanın silah arsenalını o həddə çatdırmaq lazımdır ki, onun ordusu 800 hektardan çox ərazini tuta bilsin”.
Akop Badalyana görə, Rusiyaya bundan sonra öz payını Azərbaycanla razılaşdırması qalır: “Hələlik isə Rusiya Ermənistanın hərbi resurslarını dağıtmaqla məşğuldur. Bundan ötrü isə Emrənistanın silahlı qüvvələrinin idarəçiliyi də tamamilə Rusiyanın yurisdiksiyası altına keçməlidir”.
Akop Badalyan bununla bağlı özünəməxsus versiya da irəli sürüb: “Məsələ ilə bağlı iyulun 19-da Rusiyanın bir neçə generalı iki ölkənin birləşmiş quru qoşunlarının yaradılmasını müzakirə etmək üçün Ermənistana gəldi. Bunun nə demək olduğu anlaşılmır. Ermənistan və Rusiya arasında hərbi birlik artıq mövcuddur və generalların bundan sonra nəyi müzakirə etdiyi məlum deyil. Qəribədir ki, Rusiya generalları İrəvanda polis alayının binasının tutulmasından bir gün sonra və ölkə daxilində siyasi böhran yaranması fonunda təşrif buyurublar”.
Akop Badalyan Rusiyanın silah alınması üçün Ermənistana verəcəyi 200 milyonluq kreditin taleyinin də qaranlıq olduğunu düşünür:
“Hər halda, Rusiya öz ”yaxın müttəfiqi” Ermənistanla hərbi-texniki əməkdaşlıqla etdiyi müzakirələri, müttəfiq sayılmayan Azərbaycanla müqayisədə daha qapalı rejimdə aparır” deyərək, Badalyan istehza edir…
“Ermənistan nə KTMT-dən çıxmağa, nə də NATO-ya girmək üçün texnologiyalara malik deyil. Bu səbəbdən Ermənistan üçün  seçim etməyə deyil, bir-biri ilə zidd olmayan strategiyalarda iştirak etməyə imkan verilə bilər”. Digər analitik İqor Muradyan bir erməni saytında “ABŞ siyasətinin Avrasiya istiqamətləri” adlı məqaləsində yazır.
Muradyanın fikrincə, Ermənistan bu cür qapalı vəziyyətdə üfunətli bataqlığı xatırladır və oradan çıxmağa qadir deyil: “Onu bu bataqlıqdan çıxarmağa nə qədər cəhd etsələr də mümkün olmur”.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button