Bizim tərcüməDünya

Səsvermə başladı! Fin xalqı sandıq başına… Son anketlərdə baş-başa rəqabət; gözlər o günə çevrildi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Finlandiyada ümumi seçkilər çərçivəsində səsvermə başlayıb. Finlandiya Seçki Komissiyası yerli vaxtla saat 09:00-da açılan seçki qutularının saat 20:00-da bağlanacağını açıqlayıb. Seçkidə 200 yerlik parlamentin üzvləri müəyyənləşəcək.

Fin xalqı bu seçkiyə ölkə iqtisadiyyatında gözlənilən canlanma, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı gündəmə gələn təhlükəsizlik üçün böyük əhəmiyyət verir.

Saytların yığılması Saytlarin yigilmasi

Əhalisinin təxminən 5 milyon 600 min olduğu Finlandiyada seçicilərin sayının 4 milyon 546 min nəfər olduğu bildirilir.

Ədliyyə Nazirliyinin məlumatına görə, seçkinin yekun nəticələrinin aprelin 5-də açıqlanması gözlənilir.

Ekspertlər 2019-cu il seçkilərində çox yaxın səs toplayan üç partiyadan hansının irəlidə olacağını proqnozlaşdırmağın çətinliyinə diqqət çəkir.

Son sorğular Milli Koalisiya Partiyasının 20,8 faiz, Sosial Demokrat Partiyasının 19,9 faiz və millətçi Həqiqi Finlər Partiyasının 19 faiz səs alacağını göstərir.

Ölkənin müxtəlif bölgələrində martın 22-28-də başa çatan erkən səsvermədə qeydə alınmış seçicilərin 40 faizi iştirak edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button