Loading...
Loading...
ÖLKƏDünya

Saakaşvili yenidən aclığa başlayır

Keçmiş prezident məhkəmədə deyib: Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”

 

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili fevralın 21-də Tbilisidə keçirilən məhkəmə dinləməsində hüquqlarının pozulmasına etiraz və “öz azadlığı uğrunda mübarizə aparan” Ukrayna ilə həmrəylik bildirərək yenidən aclığa başladığını elan edib.

 

Saakaşvilini hazırda 5 ittiham üzrə 11 il müddətinə azadlıqdan məhrum edə bilərlər.

 

O rəsmən Ukrayna vətəndaşıdır.

 

Saakaşvili artıq bir neçə aydır ki, onun yanına müalicə həkiminin, habelə ABŞ və Avropadan onun müalicəsində iştirak etmək istəyən nevroloq və nevropatoloqların buraxılmadıqlarını deyib:

 

“Mən bu gündən müddətsiz aclıq elan edirəm. Bu, rejimin xalqla və mənimlə rəftarına reaksiyamdır. Mənim tələbim – Xalq müdafiəçisi və Empatiya mərkəzinin yaratdığı konsiliumun tələb etdiyi kimi mənə adekvat tibbi yardımın göstərilməsidir”.

 

Saakaşvili iddia edib ki, milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyasının məqsədi onun əlilə çevirmək və hətta “Putin naminə” öldürməkdir.

 

“Mənim sakitcə sönməyimi görməyəcəksiniz…”

 

Gürcüstanın keçmiş prezidenti Ukrayna ətrafında baş verən hadisələrdən də danışıb.

 

Onun sözlərinə görə hazırda orada baş verənlər onun 2008-ci ildə, Cənubi Osetiyada müharibə getdiyi vaxtda dediklərini bir daha təsdiqləyir.

 

Saakaşvili demişdi ki, “Gürcüstan Rusiyanın və rusiyayönlü separatçıların təxribatlarına cavab verməklə yalnız müdafiə olunur”.

 

O Ukrayna xalqına ukrayn dilində müraciət edib və təəssüfünü bildirib ki, “əldə silah onlarla birlikdə cəbhə xəttində” dayana bilmir:

 

“Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”.

 

Saakaşvili bundan əvvəl, ötən ilin oktyabrında müddətsiz aclıq elan etmiş və aclığı noyabr ayında dayandırmışdı.

 

Həmin vaxt hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə onu həbsxanadan Qori şəhərinin hərbi hospitalına köçürmək məcburiyyəti qarşısında qalmışdı.

24 saat” “
Saakaşvili yenidən aclığa başlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Putin Xarkova bomba yağdırır - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button