2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sabirabadda Kapital Bank və məktəb direktoru müəllim kollektivini belə aldadıb – ŞİKAYƏT

24saat.org saytının elektron poçtuna Sabirabad müəllimlərinin şikayət məktubu daxil olub. Məktubda onlar Kapital bank və 1 saylı məktəbin sabiq direktorunun cinayət ortaqlığından söz açırlar. Məsələnin aktuallığını nəzərə alaraq şikayət məktubunu olduğu kimi təqdim edirik:

Onlarla müəllimin hüququ Kapital Bankın Sabirabad filialı və Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva tərəfindən kobud şəkildə pozulub. Bu barədə zərərçəkən müəllimlər məlumat verib.

2015-ci ilin iyulun 1-də zərərçəkən müəllimlər Sabirabad Prokurorluğuna şikayət ediblər. «Diləfruz Mustafayevaya müəllimlərə qarşı dələduzluq etməsi faktına görə 15.07.2015-ci ildə CPM-in 178.2.4-cü maddəsiylə Sabirabad Polis Şöbəsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi açılıb. 02.09.2015-ci ildə yerli məhkəmə onu günahkar bilərək (CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə ) 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdi. Lakin kimlərsə külli miqdarda dövlət vəsaitini mənimsəmiş direktoru həbsdən buraxdırmağı bacarıb», 8 aydır ki cinayətkar direktora ev dustaqlığı verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu cinayət işində rayonun bir neçə vəzifəli şəxsinin də adı keçir. Sabirabad Prokurorluğunda sabiq direktora qarşı cinayət işinə əlavə 308.1 maddəsi ilə də iş qaldırılıb. «Amma işin Rayon daxilində düzgün aparılmaması səbəbindən zərərçəkən müəllimlər Baş Prokuorluğa müraciət etmişdilər. Nəticədə iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib». Korrupsiyanın müstəntiqi isə demək olar ki, işin 80 faizini yerinə yetirib.Bircə qalıb Bankın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb etmək və işi məhkəməyə ötürmək.

Martda müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də, məhkəmə qəbul etməyib. Əsas kimi isə yazılan ərizələrin doğru olmaması göstərilib. Daha doğrusu, ərizələrin yazılışının yanlış olduğunu vurğulayıblar. Maraqlıdır ki, dövlət büdcəsindən 500 000 manat pul mənimsəyən sabiq direktorun ev dustaqlığı müddəti Sabirabad Məhkəməsinin sədri Qarayev Malik tərəfindən artırıla bilir, amma haqlarını tələb edən müəllimlərin şikayət hüquqları əllərindən alır.

Müəllimlər deyir ki, cinayət işi qaldırılmasından 9 ay keçsə də, nə proses yekunlaşır, nə də müəllimlər həmin vaxtdan bəri maaşlarını alır. Çünki Kapital Bankın Sabirabad filialı onların kartlarına köçürülmüş maaşlarını tutaraq, onları kredit ödənişlərinə cəlb edir. «Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət edərək, problemin aradan qaldırılmasını istəmişik. Lakin heç bir xeyri olmayıb. Halbuki Diləfruz Mustafayevanın törətdiyi cinayətin şərikləri elə Kapital Bankın Sabirabad filialının əməkdaşlarıdır».

Əgər cinayət işini aparan “Korrupsiyanın”  müstəntiqi  ekspertiza mərhələsindən sonra,yəni may ayında cinayət işini  məhkəməyə ötürərsə, sabiq direktorla Bank işçilərinin cinayət tərkibli əməllərinə görə həbs olunarlarsa, zərərçəkmiş müəllimlərin də plastik kartlarından qanunsuz tutulmalar dayandırılacaq, hələ üstəlik dəymiş ziyan da ödəniləcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button