2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Sahibkar qonaqlıq vermək istəyirsə, deməliyəm ki, gözlə, İntizam Komissiyasından rəy alım?''

Deputatlar etik qaydaların sərtliyindən narazıdırlar

Saytların yığılması Saytlarin yigilmasi

“Məsələn, bir sahibkar hansısa çıxışıma görə mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver? Çıxışım sahibkarın xoşuna gəlib qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir? Yaxud da hər hansı təşkilat və ya universitet deputata ad verirsə, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu, bahalı vazadır, mən götürə bilmərəm? Buna görə mən cəzalandırıla bilərəm”.

Bu fikirləri deputat Fazil Mustafa “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə iclasında səsləndirib.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi parlamentin İnsan Hüquqları ilə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə deputatlara verilən hədiyyələrlə bağlı müddəaya etiraz edən F.Mustafa bildirib ki, Milli Məclisin İntizam Komissiyasının rəyi həmin məsələdə qərəzli də ola bilər. Onun sözlərinə görə, layihədə deputatın fəaliyyəti ilə bağlı sərt qaydalar var:

“Sənəddə etik qayda ilə mənəvəi məsələ qarışdırılır. Qanun layihəsindən elə çıxır ki, deputatlar eyni universiteti bitirməli, eyni savada və biliyə malik olamlıdır. Axı, belə olmaz! Birisi hüquqşünasdır, birisi biznesi təmsil edir. Digəri müxtəlif ali məktəbi bitirib. Hamının eyni bilik, savad, davranış qaydası sərgiləməsi mümkün deyil. Məsələn, Türkiyədə elə deputat var ki, heç yaza bilmir. Ancaq seçici o şəxsə səs verib, deputat seçir. Belə yanaşmalar düz deyil. Odur ki, qanun layihəsi daha da qısaldılmalıdır və maddələr lakonik olmalıdır. Çünki deputat sıradan olan şəxs deyil və ona etik qayda ilə bağlı ən xırda detalı xatırlatmaq düzgün deyil”.

Bahar Muradova
Bahar Muradova. Fotoqraf:: sosial şəbəkə

Deputat hər kiçik insidentə görə mandatından məhrum edilməli deyil

Komitə müzakirələri zamanı çıxış edən İnsan Hüquqları Komitəsinin sədri, vitse-spiker Bahar Muradova qanun layihəsinin hazırlanmasının Konstitusiyaya edilən dəyişikliklərlə əlaqəli olduğunu bildirib.

Deputat Qüdrət Həsənquliyev də kodeksin hazırlanmasını zəruri hesab etsə də, deputatların mandatdan məhrum edilməsi ilə bağlı müddəaya etiraz edib:

“Vaxtilə parlamentdə küçə söyüşlərinin söyülməsi halları baş verib. Həmin şəxslər buna görə layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi. Amma deputat hər kiçik insidentə görə mandatından məhrum edilməli deyil. Ümumiyyətlə, insan cəmiyyətdə yüksək seçkili statusa malikdirsə, ona asan formada cəza mexanizmi tətbiq edilməməlidir”.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev. Fotoqraf:: trend.az

Layihədəki müddəaların Konstitusiyaya əsasən hazırlandığını deyən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, maddələrdə dəyişiklik edilməsi mümkündür:

“Biz bunu plenar iclasa tövsiyə etdikdən sonra rəhbərlikdən də xahiş edərik ki, iclasa qədər vaxt versin, işçi qrupu səviyyəsində üzərində bir qədər də işləyək”.
Müzakirələrdən sonra yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Deputatın etik davranış qaydaları

13 maddədən ibarət olan qanun layihəsində deputatların kommersiya və digər bütün ödənişli fəaliyyətlə məşğul olması, hər hansı hədiyyə qəbul etməsi qadağan olunur. Deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.

Bundan başqa, deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.

Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam Komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək. Bu tədbirlər hətta deputat mandatından məhrum edilmə ilə də nəticələnə bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button