2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saleh Rüstəmov barəsibdə məhkəmə qərarına görə işə aidiyyatı olmayan vətəndaş evindən məhrum edilir

Gədəbəy rayonun keçmiş icra başçısı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmovun illər əvvəl satdığı mənzil müsadirə edildiyi bildirilir. 

Taleh Rüstəmli bildirib ki, Yasamal rayonunda yerləşən mənzili 2007-ci ildə satıb: “Mən vaxtı ikən ev alqı-satqısı ilə məşğul olmuşam. O vaxt “baş etibarnamə” ilə mənzil satmışam, yeni ev yiyəsi isə onu öz adına rəsmiləşdirməyib. Saleh həbs olunanda bizim da mülklərimizi müsadirə ediblər, bu, illərdir artıq mənim olmayan mənzil da o siyahıya düşdü”. 

Hazırda evin sahibi Elçin Həsənzadə Turana bildirib ki, atası bu mənzili 2007-ci ildə alıb: “O vaxt atam evi Taleh bəyin adına alıb. 2015-ci ildə atam rəhmətə gedib, başımız qarışdı və evi öz adımıza rəsmiləşdirmədik. Daha sonra gəlib deyiblər ki, bu ev müsadirə olunub. Bu gün Yasamal Rayon Məhkəməsinin icraçıları polis iştirakı ilə gəliblər, evi açıblar. Hazırda əşyalarımızı evdən çıxarırlar”. 

Saytların yığılması Saytlarin yigilmasi

O, hesab edir ki, bu qanunsuzdur və aidiyyətli orqanlara müraciət etmək niyyətindədir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. 

Amma 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına qanunsuz pul köçürməkdə ittiham olunan və 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmovun məhkəmə qərarı ilə mülkləri müsadirə olunub. Onunla yanaşı qohumların da mülkləri müsadirə edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button