2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Saxta seçkidə iştirak edənlər niyə narahatdır?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Saytların yığılması Saytlarin yigilmasi

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Hələ mən dörddə birin yazmayıram, karına bax,

Üstümə gündə söyürsən bu qədər, arına bax,

Özün insaf elə, əfkarına, ətvarına bax,

Istəmirsən yazam? Öz eybli kirdarına bax!

Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!

Özünü, həm məni bu barədə diltəng eləmə!!
(Mirzə Ələkbər Sabir).

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin 9 fevralda “seçiləcək” deputatların siyahısını paylaşması bəzilərini çox narahat edib. Ən çox hakimiyyət əndişələnib, çünki islahatlı- innovasiyalı seçki oyunu ifşa olunub. Bizim tərtib etdiyimiz siyahıdan göründüyü kimi, heç bir islahat-falan yoxdur, elə əvvəlki qaydada, ondan da betər saxta seçki var və əksini iddia etmək insanların gözünə kül üfürməkdən başqa bir şey deyil. Hökumət, gerçəkdən də pis vəziyyətdədir. Həmin təyinat siyahısı mətbuatda dərc edildi, bütün beynəlxalq təşkilatların masasının üzərindədir və artıq razılaşdırılmış, təyin olunmuş, barələrində icra başçılarına, DSK-lara birbaşa göstərişlər verilmiş namizədləri dəyişdirmək o qədər də asan məsələ deyil. Hətta o qədər çətin məsələdir ki, məsələn, iki ay öncə “islahatlarla ayaqlaşmadığına görə” özünü buraxan parlamenti buraxa bilmədilər, hər deputata bir nənə öpdürəndən sonra onları yenidən yığırlar. Bəs hakimiyyət niyə özünü gülünc vəziyyətə saldı, niyə buraxdığı parlamentin əksər qeyri-populyar, hətta cəmiyyət arasında nifrət qazanmış üzvlərini yenidən deputat təyin edəsi oldu?! Çünki, parlamentdəki köhnələri vurub onları bütünlüklə yüksəlişdə olan yeni klanın “səliqəli adamları” ilə əvəz etməyə gücləri çatmadı. Əlbəttə, söhbət siyasi gücdən gedir. Maliyyə imkanlarına görə hədsiz dərəcədə zəngindirlər, repressiya maşınının sükanı əllərindədir, ancaq siyasi güc olaraq sıfra bərabərdirlər, heç bir siyasi mübarizə qabiliyyətləri və potensialları yoxdur. O qədər zəifdirlər ki, ortaya çıxardıqları ən kreativ və “güclü” namizədləri Formula 1 kimi ümummilli nifrət obyektinin, illərdir bakılıları səbrini zorlayan, dövlət büdcəsini yağmalayan absurd bir layihənin sözçüsüdür, halbuki, normal məntiqlə düşünən hakimiyyət insanların yarasına düz basmaqda maraqlı olmamalıdır. Başqa bir açar namizədləri ən bahalı brend geyimlərdə, 20-30 minlik qol saatlarını dəyişə-dəyişə nəinki məmləkətin, dünyanın ən bahalı “saatsazının”, oğluna 3-4 milyonluq saatlar alıb ölkəni 15 milyard dollar borclandıran anti-qəhrəmanın yanında poz verir. Xalqdan işıq ili məsafəsində uzaq olan bu namizədlərlə hansı siyasi mübarizə aparmaq olar?! Ona görə də siyasi mübarizədə əliyalın olduqlarını anlayıb özünü buraxan köhnə deputatlara stavka etməli oldular. Lakin burada da vəziyyət ürəkaçan deyil. Xalq bu deputatları Suraxanıda da, Beyləqanda da, Tərtərdə də, Qazaxda da, Lənkəranda da eyni nifrətlə qarşılayır və süpürgə ilə yola salır. Bəs Cəmil Həsənli, Milli Şura nə edib? Biz bu qədər çıxılmaz durumda olan hakimiyyətin vəziyyətini bir az da ağırlaşdırmışıq. Ciddi, ağır, məsuliyyətli iş nəticəsində ortaya konkret siyahı qoymuşuq. Hakimiyyət bu siyahı ilə nəzərdə tutduğu təyinatı həyata keçirsə, dünya ilə bir rüsvay olacaq, onsuz da çox az adamın inandığı islahat nağılı birdəfəlik suya düşəcək. Yox, əgər məcburiyyət qarşısında 15-20 dairədə dəyişiklik etməli olarsa, daşlar yerindən oynayacaq. O daşları ki, yerindən oynatmağa cəmi bir ay öncə cəsarətləri çatmamışdı. Çünki, hakimiyyətin vəziyyəti çox kövrəkdir və istənilən ciddi dəyişiklik, yerdəyişmə, hərəkət onun sonunu gətirə bilər. Məhz buna görə də Milli Şuranın bu gedişi hökuməti pat vəziyyətinə salıb, çox pərtdirlər, çıxış yolları düşünürlər. Bu anlaşılandır. Anlaşılmayan isə müxalifətdən olanların hökumətin bu ifşasına reaksiyasıdır. Milli Şura hökumətin oyununu pozur, bu oyunda deyilsinizsə, siz nədən narahatsınız?! Biz heç kimə mandat vermirik, heç kimin mandatını əlindən almırıq, PA və MSK-dan yerlərə verilən təlimatları olduğu kimi ortaya qoyuruq. O təyinat siyahısında özümüzün də parlamentdə görmək istədiyimiz, gerçək seçkidə qutudan çıxa biləcək üç-dörd ad var. Ancaq hətta onlar da hakimiyyətin razılığı və istəyilə parlamentə buraxılır. Mandat sevdalılarından kimsə deyəcək ki, bəs siz özünüz neçə seçilmisiniz? Bəli, hakimiyyətin istəyi və razılığı olmasaydı mən də parlamentə buraxılmazdım. Ancaq mən müxalifətçi olmamışam və xalqı aldatmamışam. Bizim parlamentdə təmsil olunduğumuz 2000, 2005-ci illərdə Azərbaycan qismən azad ölkə idi, indi qeyri- azad ölkədir, dünyanın ən repressiv rejimlərilə bir cərgədə yer alır. O zaman müstəqil mətbuat, sərbəst toplaşma azadlığı var idi. İctimai TV-da debatlar keçirilir, müxalifət liderləri ANS-in canlı efirinin daimi qonaqları idi. Ölkə üzrə namizədlərlə görüşlər üçün beş min qapalı yer ayrılmışdı. Erkən seçkilərin keçiriləcəyi bəlli olan kimi Milli Şura seçkilərdə iştirakla bağlı şərtlərini irəli sürdü və bəyan etdi ki, bu şərtlərdən heç olmasa bir-ikisi yerinə yetiriləcəksə, siyasi iradə hiss olunacaqsa, biz seçkilərdə iştirak edəcəyik. Yalnız iki şərtə əməl olunsaydı- siyasi məhbuslar azad olunsa və sərbəst toplaşma azadlığı təmin olunsaydı, biz seçki mübarizəsinə qoşulacaqdıq. Yəni, 2000 və 2005-ci illərdə mövcud olan seçki mühitinin az bir hissəsi belə bizim seçkidə iştirakımız üçün yetərli idi, lakin hakimiyyət bunu da etmədi. Bütün fürsət pəncərələrini bağladı, bütün nəfəslikləri bərk-bərk tıxadı. Və bundan sonra sərbəst toplaşma azadlığının olmadığı ortamda hansı seçkidən, hansı rəqabətdən danışmaq olar?! İndiki şərtlərlə müqayisəyəgəlməz dərəcədə əlverişli şəraitdə 7-8 nəfər müxalifətçi, hətta İlham Əliyevin Strasburq komandasının üzvü olan və YAP üzvü olmadığı halda İlham Əliyevin rəsmi vəkili təyin ediləcək səviyyədə nüfuza malik olan bəndəniz ölkədə vəziyyəti dəyişə bilmədiksə, indi, Türkmənistan standartlarına xeyli yaxınlaşmış Azərbaycanda iki-üç müxalifətçinin səlahiyyətləri budanmış, faktiki səlahiyyətsiz qalmış parlamentdə təmsilçiliyi bu xalqa nə verə bilər?! Hörmətli Cəmil müəllimi, bizi seçiciləri həvəsdən salmaqda suçlayırlar. Büsbütün cəfəngiyyatdır. İndi “qapı-qapı gəzirik” nağılına qundaqdakı uşaqları da inandırmaq çətindir. Zatən, sosial şəbəkələr üzərindən keçirilən bütün sorğulardan bəlli olduğu kimi əhalinin 85 faizi bu seçkini çoxdan boykot edib. Odur ki, güzgüyə baxıb özünü əyri görənlər bizi qınamasınlar. Biz yalnız hakimiyyətin növbəti seçki tamaşasını ifşa etmişik, gerçəkliyə güzgü tutmuşuq. Və problem əsla və əsla güzgüdə deyil…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button