2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesi barədə

Bakı/12.01.24/Turan: “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral növbədənkənar seçkilərdə prezidentliyə namizədlərin qeydiyyatının başa çatması ilə bağlı bəyanatla çıxış edib.

İddiaçıların bəzisi qeydiyyata alınmayıb və öz narazılığını bildirib. Belə ki, Namizəd Səfərov şikayət edib ki, MSK üzvləri onu qəbul etməyiblər və imza vərəqələrini gec alıb.

Digər namizəd Mətləb Mütəllimli onun müraciətinə gec baxıldığını, imza toplanması zamanı maneələrin olduğunu, onun nümayəndələrinin qorxudulduğunu və onlara polis təzyiqinin göstərildyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər namizəd Sarvan Kərimov seçkiqabağı təşviqatın (hazırkı prezident İlham Əliyev tərəfindən – qeyd. Turan) vaxtından əvvəl başlandığını bildirib və məhkəməyə müraciət etmək niyyətində olduğunu deyib.

“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı, “Vətəndaş Cəmiyyəti Uğrunda” QHT-nin rəhbəri Rafiq İsmayıl və “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüzdür.

MSK-nın təsdiq etdiyi 17 nəfər prezidentliyə namizəddən yalnız 7-i namizədlərin qeydiyyatı üçün sənədləri və lazımi sayda seçici imzasını təqdim edib. Yeddi nəfərin hamısı qeydiyyata alınıb. – 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button