2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Seçkidən başqa nəticə gözləmək savadsızlıq olardı…’

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib ki, “ölkədə milli sərvətin böyük bir hissəsi qanuni və ya qeyri-qanuni şəkildə onlarca ailənin əlində cəmləşdiyi və xalqın tam bir iztiraba düçar edildiyi bir ölkədə parlament seçkisindən başqa nəticə gözləmək siyasi savadsızlıq olardı”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ter-Petrosyanın liderlik etdiyi “EMK-EXP” (Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası) bloku aprelin 2-də keçirilmiş parlament seçkisində səslərin yalnız 1, 5 faizini qazanaraq parlamentdə təmsil olunmaq üçün lazınm olan 7 faiz baryerini aşa bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

O rişxənd hissilə bildirib ki, indi müxalifətə hakim partiya, Yolk, Firavan Ermənistan və Daşnaksutyun partiyalarının ölkəni necə inkişaf etdirəcəyinə və Qarabağ münaqişəsini necə həll edəcəyinə bir kənardan baxmaq qalır.

Levon Ter-Petrosyan seçki ərəfəsində etdiyi çıxışında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana güzəşt yolu ilə və “işğal olunmuş ərazilərin qaytarılması” ilə həll olunmasını təklif etmişdi.

Aprelin 3-də ilur.am saytında dərc olunmuş məqaləsində də Ter-Petrosyan “sülh bizə indi, fəlakətdən və yeni mənasız qurbanlardan əvvəl lazımdır” şüarını təkrar edib.

Levon Ter-Petrosyan yazır ki, “bundan sonra sərhəddə ölən hər bir kəsin qanı parlamentdə təmsil olunan partiyaların vicdanına yazılacaq”.

Ter-Petrosyan bunu da yazır ki, seçkinin nəticələrindən asılı olmayaraq onun başçılıq etdiyi blok Qarabağ münaqişəsini Ermənistanın siyasi gündəliyində təxirəsalınmaz məsələyə çevirə bilib.

Ermənistanın birinci prezidenti onun və blokunun başladığı “sülh və mehriban qonşuluq” hərəkatının gələcəkdə kütləvi miqyas alacağına şübhə etmədiyini yazır.

Keçmiş nazirlər Raffi Hovannisyan (solda), Seyran Ohanyan və Vartan Oskanyan

Keçmiş nazirlər Raffi Hovannisyan (solda), Seyran Ohanyan və Vartan Oskanyan

Ter-Petrosyan qeyd edib ki, “əgər parlamentə mandat almış partiyalar fəlakətin qarşısını Qarabağın mövcudiyyətini saxlamaq və bir qarış da torpaq verməməklə ala bilsələr, onlara yalnız təşəkkür etmək olar”.

Keçmiş prezident münaqişənin kompromis yolu ilə həllinə- “ərazi müqabilində Qarabağa status” formulu üzrə çözümünə inanır.

Ermənistan seçkisində kifayət qədər dəstək qazana bilməmiş başqa bir blokun – ORO-nun liderləri, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Hovanisyan da aprelin 3-də bəyanatla çıxış ediblər.

Onların birgə bəyanatında deyilir ki, “bu, seçki yox, səs alveri və haklimiyyət tərəfindən təşkil edilmiş sistemli saxtalaşdırma olub”.

ORO bloku seçkinin ilikin nəticələrinə görə səslərin 2, 7 faizini toplaya bilib.

Blok liderləri bildiriblər ki, nəticələr xalqın maraq və əhvalını əks etdirmir.

Seçkinin rəsmən elan edilmiş ilkin nəticələrinə görə hakim Respublika Partiyası səslərin təxminən 50, Tsarukyan bloku 27, Yolk bloku 7, 8 və Daşnaksutyun Partiyası 6, 6 faizini toplamaqla parlamentdə təmsil olunmaq hüququ qazanıblar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button