2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Seçkilərdə uduzan prezident: “Mən postumdan getməyəcəm”

Qambiya prezidenti Ayə Camme yanvarın 19-da mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib.

Bu barədə “Röyters” məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz”, – deyə Ayə Camme bildirib.

“Mən öz postumdan getməyəcəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Yerli MSK-nın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adəm Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. Hazırkı prezident Ayə Camme isə 36,7 faiz səs toplayıb.

Səsvermənin nəticələri elan edildikdən sonra Ayə Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button