Loading...
Loading...
Dünya

Senatda Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyən qətnamə imzalandı

ABŞ Senatının demokrat və respublikaçı liderləri Finlandiya və İsveçin NATO-ya üzvlük ərizələrini dəstəkləyən və prezident Co Baydeni bu prosesi sürətləndirməyə çağıran qətnamə imzalayıblar

ABŞ Senatının demokrat və respublikaçı liderləri Finlandiya və İsveçin NATO-ya üzvlük ərizələrini dəstəkləyən və prezident Co Baydeni bu prosesi sürətləndirməyə çağıran qətnamə imzalayıblar.

Senat çoxluğunun lideri Çak Şumer və azlığın lideri Miç Makkonnel deyiblər ki, onların bu sənədi birgə imzalamaları sözü gedən Avropa ölkələrinin NATO-ya qoşulmasına ABŞ-da ikipartiyalı dəstəyin olmasının nümayişidir.

Xəbər verilir ki, Senatın Xarici Münasibətlər Komitəsi icrası məcburi olmayan bu sənədi mayın 26-da qeydiyyata alacaq.

Senatın NATO-nun genişlənməsinə dəstək verən qanuna yay aylarınadək baxacağı gözlənilmir.

Bu qanun layihəsinin təsdiqlənməsi üçün senatorlardan üçdə ikisinin dəstəyi lazım gələcək.

Layihənin asanlıqla qəbul ediləcəyi gözlənilir.

Dörd səhifəlik qətnamədə deyilir ki, “Rusiyanın Ukraynaya müdaxiləsi Avropada təhlükəsizlik vəziyyətini dəyişib və bu səbəbdən də Avropa və ABŞ-ın təhlükəsizliyinin təminatı üçün NATO-nun genişlənməsi kritik əhəmiyyətə malikdir.

Qətnamə habelə Bayden administrasiyasını Senatın NATO-nun genişlənməsini təsdiqləməsi üçün lazım olan sənədlərin tez bir zamanda hazırlanmasına çağırır.

Qətnamədə habelə NATO üzvü olan digər ölkələrə öz ratifikasiya sənədlərini mümükün qədər tez hazırlamaları üçün çağırış edilir.

24 saat” “
Senatda Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyən qətnamə imzalandı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynada müharibəsi dördüncü aya keçir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button