2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sevinc Vaqifqızı saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır.

“Abzas Media”-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov qeyd edib ki, jurnalistin sözlərinə görə, saxlanıldığı kamerada vəziyyət acınacaqlıdır: “İstilik demək olar ki, yoxdur. Çünki kameradakı istilik sistemi partlayıb, kamera suyun içərisindədir”.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, martın 19-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxıldı. Şikayət təmin olunmadı. 

S.Vaqifqızı 2023-cü ilin noyabrın 21-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

Hüquq müdafiəçilər S.Vaqifqızını siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi səbəblərlə heç kim həbs olunmadığını bildirir. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button