2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şimali Koreya ABŞ-a raket zərbəsinin görüntülərini yaydı – VİDEO

Şimali Koreyada ABŞ-a raket zərbəsini imitasiya edən filmin nümayişi olub.

Virtualaz.org bildirir ki, bu barədə “Renhap” məlumat yayıb.

Məlumata görə, hazırkı liderin babası Kim İr Senin anadan olmasının 125 illiyinə həsr olunmuş təntənəli gecədə nümayiş etdirilən videoçarxda yeni ballistik raket və onun buraxılışı əks olunub. Videodan görünür ki, raket okeanı keçir və ABŞ-ın şəhərlərindən birinə zərbə endirir.

Saytların yığılması Saytlarin yigilmasi

Növbəti kadrda məzarlıq fonunda yanan ABŞ bayrağı görünür.

Nümayişdən öncə keçirilən paradda yeni qitələrarası ballistik raketin nümayiş etdirildiyi ehtimal edilir.

Bayram konsertində raketlərin buraxılışını, Koreya Xalq ordusunun strateji Tepxodon bölməsini tərənnüm edən mahnılar səslənib.

Parad və videoçarxın nümayişi Koreya yarımadasında gərginliyin görünməmiş eskalasiyası fonunda keçib. Ekspertlərin fikrincə, KXDR xalq ordusunun yaradılmasının ildönümünün qeyd ediləcəyi 25 aprelə qədər altıncı nüvə sınağı keçirə və ya yeni raket buraxa bilər.

Xatırladaq, daha əvvəl Koreya Xalq Demokratik Respublikasının BMT-dəki nümayəndəsi bildirmişdi ki, nüvə müharibəsi istənilən vaxt alışa bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button