2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimali Koreyanın gizli “ölüm düşərgələri” varmış

Son dövrdə ABŞ-ı hədəf alan sözləri ilə gündəmdən düşməyən Şimali Koreya indi də faşizm dövrlərini xatırladan “ölüm düşərgələri” ilə ortaya çıxıb. Ölkənin gizli “ölüm düşərgələri”ndə bir müddət mühafizəçi olaraq çalışan Lim Hye-jin qorxunc həqiqətləri dünyaya yayıb. İngiltərənin “Daily Mail” qəzetinə müsahibə verən Lim Hye-jin ölkədəki dağların arxasında salınan düşərgələrdə minlərlə adamın həbsdə saxlandığını deyib. “İki qardaşım bu düşərgələrdə minlərlə adamın gözləri qarşısında öldürüldü” deyən Hye-jin burada saxlanan şəxslərin vəhşicəsinə qətl edildiyini, ac saxlandığını, təcavüzə uğradığını və günlərlə işgəncə gördüyünü bildirib. O illərdə 20 yaşında olan Lim Hye-jin günlərlə ac buraxıldığını bildirərək, “düşərgədən qaçmaq istəyənlər tutulduğu zaman edam edilirdi” söyləyib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button