Dünya

Şimali Osetiya girişə məhdudiyyət qoyub

Buna səbəb Rusiyadan çox sayda hərbi mükəlləfiyyət yaşlı kişilərin regiona axınıdır

Şimali Osetiya Rusiyanın başqa regionlarından gələn avtomobillərə məhdudiyyət qoyub.

Buna səbəb Rusiyadan çox sayda hərbi mükəlləfiyyət yaşlı kişilərin regiona axınıdır.

Rusiyanın Gürcüstanla sərhədində avtomobillərin uzun nöbvbəsinin yarandığı xəbər verilir.

Şimali Osetiyanın qubernatoru Sergey Menyaylo sentaybrın 28-də deyib ki, region sərhəddən normal və təhlükəsiz keçidi fiziki baxımdan nizamlamaq iqtidarında deyil.

Qubernator bildirib ki, məhdudiyyətlər təkcə Şimali Osetiyada deyil, Rusiyanın başqa yerlərində hərbi qeydiyyatda olanlara da şamil edilir.

Menyaylo bu “məcburi məhdudiyyəti” Gürcüstanın Yuxarı Lars sərhəd keçidində yaranmış tıxacla izah edib.

Səyyar səfərbərlik məntəqələri

Bu da qeyd olunur ki, məhdudiyyət yalnız Şimali Osetiya, Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi və Gürcüstan vətəndaşlarına, habelə kurortlara turist kimi gələnlərə və bu barədə müvafiq sənədləri olanlara tətbiq edilməyəcək.

Bildirilir ki, Şimali Osetiyanın girişində və Yuxarı Lars sərhəd keçidində səyyar əməliyyat qrupları işləyəcək.

Bunlar Şimali Osetiyaya gələnlərin və ya Yuxarı Lars keçidinə yollananların Rusiyada elan edilmiş səfərbərliyə düşüb-düşmədiklərini yoxlayacaq.

Səyyar qruplara daxil zabitlərdə hərbi səfərbərliyə düşənlərin siyahıları olacaq.

Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edəndən bəri hərbi mükəlləfiyyət yaşında olan çox sayda Rusiya vətəndaşı ölkəni tərk etməyə çalışır.

Sərhədi piyada keçmək

Gürcüstan ölkəyə gələnlərə bir il müddətində vizasız yaşamaq imkanı verdiyindən hazırda səfərbərlikdən yayınmaq istəyənlər üçün daha cazibəli görünür.

Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar yoxdur və Yuxarı Lars hazırda iki ölkə arasında yeganə sərhəd keçididir.

Xəbər verilir ki, sentyabrın 28-də Yuxarı Lars keçidində gözləyən avtomobil növbəsinin uzunluğu 20 kilometrə çatır və gözləmə müddəti təxminən iki gündür.

Tıxacın böyüklüyü ilə bağlı Gürcüstan Rusiya vətəndaşlarının sərhədi piyada keçmələrinə icazə verib.

Putinin səfərbərlik elanından əvvəl Yuxarı Larsdan Gürcüstana hər gün 5-6 min nəfər keçirdi, indi bu rəqəm iki dəfə artıb.

Gürcüstan Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın keçirdiyi referendumları qətiyyətlə pisləyib.

24 saat” “
Şimali Osetiya girişə məhdudiyyət qoyub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Qondarma referendumlarda Rusiyaya birləşməyə səs verildiyi deyilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button