2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şirkət 28 nəfəri çıxartdı, bir nəfəri qəbul etdi

“QAFQAZ LİZİNQ” ASC 2016-cı ili 2 milyon 553 min manat xalis zərər ilə başa vurub.

“Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə şirkətin zərəri 31,6% azalıb. Belə ki, “QAFQAZ LİZİNQ” ASC 2015-ci ili 3 milyon 735 min manat zərər ilə başa vurmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il ASC-nin faiz gəlirləri 430 min 334 manat təşkil edib ki, bu, 2015-ci illə müqayisədə 5 dəfəyə yaxın azdır. 2015-də lizinq şirkətinin faiz gəlirləri 2 milyon 101 min manatdan çox olmuşdu.

Şirkət ötən il 272 min 515 manat əməliyyat mənfəəti əldə edə bilsə də, 2 milyon 826 min manat fövqəladə xərc şirkətin ili zərər ilə başa vurmasına gətirib çıxardıb.

2015-ci illə müqayisədə “QAFQAZ LİZİNQ”in cəmi aktivləri 2 dəfədən çox azalaraq 9 milyon 549 min manatdan 4 milyon 481 min manata geriləyib. Əsas səbəbi lizinq üzrə debitor borcların 7 milyon 921 min manatdan 1 milyon 641 manata düşməsidir.

Şirkət 31 Dekabr 2016-cı il tarixində 4 milyon 475 min manat cəmi kapitala, 6 489 manat cəmi öhdəliklərə malik olub. 2015-ci ilin sonunda “QAFQAZ LİZİNQ”in cəmi kapitalı 7 milyon 756 min manat, cəmi öhdəlikləri isə 1 milyon 792 min manat idi. İki il ərzində yığılmış zərər şirkətin kapitalını azaldıb. Həmçinin ötən il şirkət qısamüddətli kreditor borclarından 1 milyon 758 min 232 manatını qaytarıb.

“QAFQAZ LİZİNQ”in səhmdarları Türkiyənin “NAB HOLDING.A.S” şirkəti (50%) və Böyük Britaniya və Şimali İrlandiyanın “METİN LİMİTED” Şirkətidir (50%).

31.12.2016-ci il tarixə şirkətin işçilərinin ümumi sayı 32 nəfər olub. Şirkət ötən il ərzində 28 nəfəri işdən azad edib, 1 nəfəri işə qəbul edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button