2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

ŞOK: YAP sədrinin qardaşı “Kapital Bank”dan 160 min oğurladı – Özəl

“Kapital Bank”ın Beyləqan filialında müdhiş cinayət baş verdiyi barədə məlumat daxil olub.

Azerinews.tv-yə verilən xəbərə görə, bank filialının məsul vəzifəsində işləyən, rayondakı bankomatlara pul yükləyən Elbrus Pəsiyev külli miqdarda vəsait mənimsəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda deyilir ki, E.Pəsiyev noyabrın 11-də bankomatlara yükləmək üçün qeyd olunan bankdan təxminən 2000 000 (iki milyon) manata yaxın pulu götürüb. O, bankomatlara yükləyərkən həmin puldan 159 600 manat pulu gizlədərək mənimsəyib.

E.Pəsiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bank işçilərinin dediyinə görə, E.Pəsiyev polis şöbəsinin əməkdaşlarına verdiyi ilkin ifadəsində bankomatlara yükləyəcəyi pullardan kəm çıxan 159 600 manatdan 109 600 manatın mənimsədiyini etiraf edib və yerdə qalan 50 000 manatdan xəbəri olmadığını bildirib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları yoxa çıxmış 50 000 manat pulu tapmaq üçün adıçəkilən bankın bütün işçilərini sorğuya alıb. Qeyd edək ki, E.Pəsiyev Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rafayıl Pəsiyevin qardaşıdir.

Azerinews.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button