2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Son 18 ildə 40 mindən çox adam amnistiyaya düşüb

Bakı/11.11.21  Amnistiya aktının icrasına başlanıldığı vaxtdan  bu 101 nəfərə şamil edilib, o cümlədən 36 nəfər cəzaçəkmə yerlərindən azad edilib. Bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilən “dəyirmi masa”da məlumat verib.

Qurumun digər nümayəndəsi Malik Ələkbərov bildirib ki, ilkin məlumata görə, amnistiya  atkının Penitensiar Xidmət üzrə 5 800-ə yaxın, Probasiya Xidməti üzrə 8 800 nəfər məhkuma şamil olunması gözlənilir.

“Ümumilikdə amnistiya aktı 17 min nəfərə şamil olunacaq, o cümlədən  15 min nəfərin barəsində Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq”,  -Nəsibov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, 2003-cü ildən, Azərbaycana prezident İlham Əliyev rəhbərlik etdiyi vaxtdan ölkədə 4 amnistiya aktı və 35 əfv sərəncamı qəbul edilib.

Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 olub. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button