2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şopinq Festival başladı

Bu gün, aprelin 10-da Bakıda Şopinq Festivalına start verilib. Açılış mərasimi İçərişəhərdə keçirilib.

“Bu Şopinq Festivalı həm xarici, həm də ölkə vətəndaşlarına mühüm imkanlar yaradır”, – açılış zamanı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxməmmədov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, 110-a yaxın mağaza festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın restoran və mehmanxananın xidmətlərindən də istifadə edə biləcək.

O, məlumat verib ki, Vergilər nazirliyi vətəndaşların əlavə dəyər vergisini (ƏDV) geri almasından ötrü 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırıb.

Festival zamanı Azərbaycan vətəndaşları da xaricilər kimi tax-free sistemindən istifadə edə biləcək. Yəni onlar aldıqları mala görə, ödədikləri məbləğdən əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festival 1 ay – mayın 10-na qədər davam edəcək.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev martın əvvəlində bildirmişdi ki, festival dövründə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan turist axını gözlənir. Şoppinq-festivallar sayəsində Azərbaycana əlavə 200-250 min turist gələcəyinə ümid edirlər. Nazir qeyd etmişdi ki, Azərbaycan iki şopping-festivalın təşkilinə 1,5 milyon manat xərcləməyi nəzərdə tutur. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.

Xatırlatma

2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şoppinq festival təşkil edilsin.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button