2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Soruşdum telefon kimindir?” – Eks-arvadının başını kəsən kişi

22 yaşlı keçmiş arvadını qəddarlıqla öldürən ər danışıb.

 

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org ARB TV-yə istinadən xəbər verir ki, qətlə yetirilən Aysel Cəlilova iki ay əvvəl həyat yoldaşı, Qobustan rayon sakini 23 yaşlı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. Son bir ayda Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb.

Qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar.

Axşam saat 23 radələrində keçmiş ərinin yanında olarkən Ayselin mobil telefonuna zəng gəlib. İsrail zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə qadın ona dəqiq söz deməyib.

Bundan əsəbiləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.

Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb. Daha sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button