Bizim tərcümə

Sosial media bu kadrlardan danışır… Ukraynalı gözəllik kraliçası cəbhədə toy edib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-28 12:58:47

Dünya 2012-ci ildə Ukrayna Kraliçası və “Miss World” finalçısı olmuş Yevgeniya Prokopenkodan danışır.

Ölkəsində aylarla davam edən müharibəyə biganə qalmayan keçmiş gözəllik kraliçası parlaq həyatından ayrılaraq ordu sıralarına yollanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Orduda vəzifəsini davam etdirən Prokopenko cəbhədə Dünya Evinə girdi.

Toy fotolarını sosial media hesabında paylaşan gözəllik kraliçası yaşananları Britaniyanın Daily Star qəzetinə danışıb.

Görüntüləri yayılan Prokopenko, ‘Rus dilində səlis danışıram, amma Putinin dilini bilmirəm’ dedi və əlavə etdi; ‘Onun üçün yalnız bir gülləm var.’

Cəhənnəmdə gözəllik kraliçası olduğunu bildirən Prokopenko, cəbhədəki həyata uyğunlaşmaq üçün əlindən gələni etdiyini vurğuladı.

“Ona deyəcək heç nəyim yoxdur, çünki Putinlə danışmaq yox, hərəkətə keçmək lazımdır”, – Prokopenko bildirib.

Son zamanlar iki əks həyat yaşadığını vurğulayan gözəllik kraliçası;

“Mən mülki həyatda tamam başqa şeylərlə məşğul olurdum. Mənim şəxsi biznesim var idi, orada dadaban ayaqqabı və iş kostyumu idi. Müharibədə hərbi geyim və beret.

Sosial media bu kadrlardan danışır... Ukraynalı gözəllik kraliçası cəbhədə toy edib

ABŞ RUSİYA İTKİLERİNİ ELAN EDİR

Digər tərəfdən ABŞ Baş Qərargah rəisi general Mayk Milley Ukraynadakı müharibədə təxminən 100 min rus və 100 minə yaxın ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini açıqladı.

General Milley Rusiyanın Ukraynaya müdaxiləsində 40 minə yaxın dinc sakinin həyatını itirdiyini qiymətləndirdiklərini söylədi.

Bu, Qərb rəsmisi tərəfindən indiyə qədər edilən ən yüksək ölüm və ya yaralanma təxminidir.

Milley həmçinin bildirib ki, itkilərin həcmi Moskva və Kiyevi danışıqlar masasına oturmağa razı sala bilər.

Nyu Yorkda danışan general, “Görünür, 100 mindən çox rus əsgəri öldürülüb və ya yaralanıb. Ola bilsin ki, eyni sayda Ukrayna tərəfində olsun”.

Hər iki ölkə hərbi itkilərlə bağlı heç bir açıqlama vermir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button