2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sovet İttifaqı Qəhrəmanı Azərbaycan Prezidentini təbrik edib

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, çoxdan gözlənilən tarixi ədalətin bərqərar olması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu mühüm siyasi hadisənin məhz Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi və Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizin 20 illiyinin tamam olduğu ildə baş verməsi həqiqətən böyük rəmzi məna kəsb edir.

Siz ən mürəkkəb və çətin məsələlərin həll edilməsi, sözünüzlə əməlinizin üst-üstə düşməsi, Vətənə, xalqa və onun tarixinə dərin məhəbbətinizlə müasir siyasətçilərin bir çoxu üçün nümunəvi siyasi xadimsiniz.

Uca Yaradan bundan sonra da Sizə yar olsun, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi nəsib etsin!”

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button