2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Stansiyada perronla üzbəüz divarda – kiçik qapının nə olduğunu bilirsinizmi?

Bu gün metropoliten barədə kiçik bir sirri açmaq istəyirik

Metropoliten, yaxud yeraltı yol – sanki ayrı bir dünyadır və hər zaman üçün kiçik, yaxud böyük olmasından asılı olmayaraq hər kəs üçün sirr dağarcığı olub.

İnterAz “sfer.az”a istinadən xəbər verir ki, istər tunelin iç görünüşü, istər maşinistin yeri, istər qaranlıq tuneldə zaman-zaman rastlaşılan insanlar olsun, hər zaman maraq dairəsindədir. Bu gün metropoliten barədə kiçik bir sirri açmaq istəyirik.

Saytların yığılması Saytlarin yigilmasi

Yəqin ki, hər birimiz perronla üzbəüz durarkən qarşı divardakı qapını görmüşük və bunun nə üçün olduğu barədə heç olmasa bir dəfə özümüzə sual vermişik.   Sən demə bu sualın cavabı çox sadə imiş.

Yəqin çoxlarımız bilir ki, tuneldə  divarların içi ilə kabellər keçir. Bu kabelləri rahat şəkildə dartmaq üçün hər 10-20 metrdən bir kiçik dolab boyda divarda dəlik açılır. Bu, elə belə də adlanır: kabel dolabı, yaxud kabel kollektoru.

Yeni kabel çəkmək lazım olduqda  onu sadəcə boş boruya salmaq və lazımi istiqamətə yönəltmək lazımdır. Köməkçi isə  borunun digər ucundan həmin kabeli  tutaraq özünə tərəf çəkir, sonra o biri boruya salaraq  digər kabel dolabına göndərir.

Borularda dəliklər bir-birinə yaxın məsafədə açılır. Bu kabeli rahat dartmaq üçündür. Adətən bir stansiyada  2-3 belə dolab olur.

Kabel kollektorlarının metropolitenin interyerinə uyğun gəlməsi və sərnişinlərin diqqətini dağıtmamaq üçün üstü ornamentli qapılar və digər bəzəklərlə örtülür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button